Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Noyabra olan HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az-a verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.Bakıda və Abşeron yarımadasındaOrta aylıq temperaturun 9-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 12-17, bəzi günlərdə 6-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.Naxçıvan Muxtar RespublikasındaOrta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 13-18, bəzi günlərdə 5-10 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında Orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 6-9 dərəcə isti (gecələr 4-8 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüzlər 10-15, bəzi günlərdə 3-8 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 6-8 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 9-11 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 0-5, gündüzlər 12-17, bəzi günlərdə 5-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 7-12 dərəcə isti (gecələr 5-9, bəzi günlərdə 1-3 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüzlər 11-16, bəzi günlərdə 5-9 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.






31 Oktyabr, 2016  11:43 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner