Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Bakıda qanunsuz mərc və qumar oyunları təşkil edən şəxslər saxlanılıb

Ölkədəki idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portalları və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması, həmin oyunları müvafiq icazə olmadan təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində qanunsuz idman mərc və qumar oyunlarının keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən çay evinə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Qanunsuz mərc və qumar oyunları təşkil edən Təyyar Hüseynov, Ramin Musayev və Suliddin Nəsirov saxlanılıb. Həmin obyektdə qanunsuz mərc və qumar oynayan 7 vətəndaş müəyyən edilərək barələrində qanuni tədbir görülüb. Çay evinə baxış keçirilən zaman mərc və qumar oyunlarında istifadə edilən maddi sübutlar, yazılı şəkildə olan uduşlu mərc kuponları, eləcə də iş üçün maraq kəsb edən digər əşyalar aşkar edilərək götürülüb.

 

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.






31 Oktyabr, 2016  11:40 Baxılıb: 1059 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner