Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Lerikdə güclü qar yağıb - fəsadlar var

Lerikdə qar fəsadlar yaradır. "Report"un Cənub bürosu xəbər verir ki, ötən gecə Lerik rayonunda külək və şaxta ilə müşayiət olunan qarın yağması nəticəsində ağaclar aşıb. Elektrik və rabitə xətləri sıradan çıxıb. Gecə saatlarından etibarən bir sıra kəndlərdə işıq kəsilib, rabitə xətləri qırılıb. Cəngəmiran kəndi ərazisində elektrik dirəklərinin aşması və naqillərin qırılması səbəbindən qonşu kəndlərin bir neçəsi də işıqsız qalıb. Sakinlərin bildirdiyinə görə, kəndlərin çoxunda hazırda elektrik enerjisinin verilməsində fasilə yaranıb. Rayon ərazisində kəndlərin çoxu işıqsızdır.

Rayonun yüksək dağlıq hissəsi olan Orand ərazisində qarın qalınlığı 80 sm-ə qədərdir. Dünəndən bu istiqamətdə olan Orand, Pirəsora, Vuravud, Tekunu, Sorsçay və digər kəndlərin sakinləri işıqsız qalıblar.

Lerik Rayon İcra hakimiyyəti başçısının müavini, Fövqəladə hallar üzrə komissiyanın sədri Habil Məlikov yaranmış vəziyyətlə bağlı tədbirlərin görüldüyünü bildirib.

"Orand istiqamətində olan kəndlər həqiqətən də dünəndən işıqsız qalıb. Buna səbəb isə meşə ərazisindən keçən hissədə yüksək gərginlikli xəttin qırılmasıdır ki, dünəndən bu istiqamətində təmir briqadası çalışır. Dünən tamamlamaq mümkün olmasa da, bir neçə saat ərzində işlərin yekunlaşacağı gözlənilir. Rayon elektrik şəbəkəsi tərəfindən gecə saatlarında baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə bir neçə istiqamətlərdə də xətlər şəbəkədən ayrılıb. Briqadalar işləyir. Qəza olmayan xətlərdə yarım saat ərzində enerji verilişi bərpa olunacaq".

Qeyd edək ki, yaranmış problemlərin aradan qaldırılması üçün qüvvələr səfərbər edilib. Hazırda Lerik şəhərinin özündə qarın qalınlığı 20 sm, yuxarı ərazilərə qalxdıqca daha çoxdur. Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətində hər hansı problem yoxdur.






26 Oktyabr, 2016  10:36 Baxılıb: 1751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner