Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Nura Suri və DJ Matuya: “Şans ver”

 

Simsar.az xəbər verir ki, estrada müğənnisi, Nura Suri qısa fasilədən sonra repertuarına yeni mahnı daxil edib. O, məşhur rusiyalı DJ Matuya ilə birgə “Şans ver” adlı mahnısını duet şəklində  səsləndirib.

Sözləri Azər Şirinə, musiqi və aranjemanı isə Matuyanın özünə məxsus olan mahnı, artıq Youtubenin BMF kanalına yerləşdirilib.

Moskvadan Azərbaycana gələn və müqavilə əsasında paytaxtın ən prestijli klublarının birində çalışan Matuya, duet təklifini Nuraya etsə də, layihə bir qədər yubanıb. Hər ifaçı ilə adının hallanmasını istəməyən DJ, ilk seçimində Nura Surinin üzərində dayanıb, lakin ifaçı xanım mahnıya yazılan sözləri bəyənməyib: “Matuya aprel ayında duet haqda söz açdı. Mənimlə birgə çalışmaq istədiyini vurğaladı. Ancaq təklif etdiyi mahnının sözlərini bəyəndim. “Şans ver” bəstəsinə daha öncə 3 nəfər tərəfindən sözlər yazılıb. Sonunda Azər Şirinin ərsəyə gətirdiyi mətni seçdim və layihəyə start verdik.

Hər kəs bilir ki, mən yay aylarında çalışmıram. Vaxtımı uşaqlarıma, ailəmə həsr etdiyim üçün, yaradıcılığımda fasilələr yaranır. Bəllidir ki, mən həm də təşkilatçılıq və reklam işləri ilə  də məşğulam.  Buna görə hər ilin sentyabr ayında maraqlı layihələrə imza atmağa çalışıram”-, deyə N.Suri jurnalistlərə açıqlayıb.

Layihədə diqqət çəkən məqamlardan biri də Azərbaycan dilini çətinliklə öyrənməkdə olan DJ-in səlis nitqidir.

Xatırladaq ki, bu, Matuyanın azərbaycanlı ifaçı ilə ərsəyə gətirdiyi sayca ikinci işdir. O, daha öncə Miri Yusiflə birgə “Bomba kimi” adlı mahnını duet oxuyub.







25 Oktyabr, 2016  13:36 Baxılıb: 2302 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner