Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tahir Kərimov 3 il əvvəl inşa etdirdiyi villasını satışa çıxarsa da müştəri tapılmır

Salyanın keçmiş icra başçısı Tahir Kərimov rayonda 3 il əvvəl inşa etdirdiyi villasını satışa çıxarsa da müştəri tapılmır. Virtualaz.org saytı Şirvan bürosunun verdiyi məlumata görə, Salyan şəhərindəki 3 mərtəbəli bu villanın yerində əvvəllər şəhid Vüqar İsayevin adını daşıyan 6 saylı uşaq bağçası olub. Amma 2013-cü ildə bağça sökülüb və yerində başçının sürücüsü Yusif Əzizovun adına villa inşa olunub.

İnşaat işləri aparılan müddətdə evin qarşısından keçən küçənin bir hissəsi də zəbt olunaraq həyətə qatılıb. Baş verənlərə rayon sakinlərinin haqlı narazılığına isə məhəl qoyan tapılmayıb.

Sonradan T.Kərimov nüfuzundan istifadə edərək zəbt etdiyi küçəni də villasının ərazisi kimi qeydiyyata aldıra bilib. Amma ev alqı-satqısı ilə məşğul olanların dediyinə görə, keçmiş başçı villasını rayon yeri üçün çox baha - 150 min dollara satışa çıxardığından 6 aydır ki, müştəri tapılmır. Sadə salyanlıların arzusu isə həmin villanın körpə uşaqların istifadəsi üçün yenidən uşaq bağçasına qaytarılmasıdır. Xatırladaq ki, Tahir Kərimov 2011-2016-cı illərdə Salyan RİH-nin başçısı olub.






25 Oktyabr, 2016  11:20 Baxılıb: 1741 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner