Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vaqif Mustafazadəyə həsr edilmiş filmin təqdimatı olacaq

Sabah Mədəniyyət və Turizm Nazirliyi və BP-Azərbaycan şirkəti tərəfindən virtuoz caz ifaçısı Vaqif Mustafazadəyə həsr olunmuş “Mənim tanıdığım Vaqif” tammetrajlı sənədli filmi ictimaiyyətə təqdim ediləcək.Nazirlikdən Simsar.az-a verilən məlumata görə, Nizami Kino Mərkəzində filmin nümayişindən əvvəl mətbuat konfransı keçiriləcək.Sənədli film Azərbaycanın və dünyanın dahi caz ustalarından biri olan və musiqi sənətində yeni bir janrın - caz-muğamının banisi Vaqif Mustafazadənin xatirəsinə həsr edilib. Filmdə onun həyatının bəzi epizodları anılıb və digər məşhur musiqiçilərin Azərbaycanın dünyaca məşhur bu caz ifaçısı haqqında düşüncələri lentə alınıb.Film Vaqif Mustafazadənin müasirləri olan və onun sənət irsinə və şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.






24 Oktyabr, 2016  16:07 Baxılıb: 1969 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner