O bunu baş nazirin müavininə deyib
Belarus Prezidenti Aleksandr Lukaşenko cümə axşamı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşündə bəyan edib ki, Belarus göstərdiyi dəstəyə görə Azərbaycana minnətdardır. Trend-in məlumatına görə, bu barədə BELTA-nın müxbiri xəbər verib.
Qeyd edək ki, Ötən ilin iyun ayının 21-də Belarus Respublikasının baş naziri S.Sidorski tərəfindən Azərbaycan Respublikasının baş naziri A.Rasi-zadəyə yaranmış vəziyyətlə bağlı Azərbaycanın Belarusa qısamüddətli kredit verməsi barədə müraciət edilib. Bununla bağlı Azərbaycan prezidentinə məruzə edilib. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq verib. Azərbaycan tərəfindən Belarusa ayrılan kreditin həcmi 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilib.