Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ AZƏRBAYCANI BAŞA DÜŞÜR

Metyu Brayza: “Münaqişə tərəfi olan ölkənin beynəlxalq tərəfdaşlardan daha çox aktivlik gözləməsi təbiidir” 

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “Amerikanın səsi” radiosuna müsahibə verib. Simsar.az-ın məlumatına görə, müsahibədə demokratiya və Dağlıq Qarabağ münaqişəsi məsələlərinə də toxunulub. 

Dövlət Departamentinin hesabatlarında Azərbaycanda insan hüquqları, mətbuat, toplaşmaq azadlıqlarının pozulması və korrupsiya halları ilə bağlı məqamlara toxunan M.Brayza bildirib ki, onlar bu məsələni
Azərbaycanın yüksək və orta səviyyəli rəsmiləri ilə, eyni zamanda parlamentdə müzakirə ediblər: “Mən vaxtımın çox hissəsini Azərbaycan hökumətindən olan tərəfdaşlarımla demokratiya və insan hüquqları məsələsinin müzakirəsinə həsr edirəm. Biz fəaliyyətimizi tərəfdaşlıq ruhunda qurmaqla istəyirik ki, Azərbaycan siyasi avtoritarizmlə islam ekstremizmi arasında nativ bir yolla getsin. Bu islahatlar qısamüddətli baxışda riskli görünsə də, uzunmüddətli perspektivdə sabitliyin bərqərar olunmasına kömək göstərir”.

“ Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatların, o cümlədən Amerika Birləşmiş Ştatlarının Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində ədalətli mövqe tutmaması barədə ittihamlarını cavablandıran M.Brayza bildirib ki, cənab Məmmədov ABŞ-ın və şəxsən onun dostudur:


“Eyni zamanda, o, güclü bir vətənpərvərdir. Mən cənab Məmmədovla bir sıra məsələlərdə razılaşıram. Ancaq bu məsələdə fikrim bir qədər fərqlidir. Öz təcrübəmdən bilirəm ki, ABŞ və Minsk qrupundan olan tərəfdaşlarımız Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli istiqamətində necə səylə çalışır. Təbiidir ki, münaqişə tərəfindən biri olan ölkənin rəsmilərini təmsil edən şəxs öz beynəlxalq tərəfdaşlarının daha çox fəaliyyət göstərməsini istəyir. Çox vaxt belə tənqidlər eşidirəm ki, Minsk qrupu çərçivəsində indiyədək heç nə əldə olunmayıb. Əslində isə çox böyük nailiyyət əldə olunub. Münaqişənin ədalətli və sülh yolu ilə həlli üçün ortada ədalətli təkliflər var. Sadəcə, bu təkliflərin bir az da işlənməsi tələb olunur. Əlbəttə, tərəflər razılıq verməzsə, hər hansı razılaşmadan söhbət gedə bilməz. Yəni burada tarazlaşdırılmış balanslı yanaşmadan söhbət gedə bilər. Bu razılaşmanın xüsusiyyəti belədir ki, hər şey barədə razılığa gəlinməyibsə, heç nə barədə razılığa gəlinməyib. Hər şey barədə razılığa gəlmək üçün isə vaxt tələb olunur. Prezidentlər baza prinsipləri barədə razılığa gəlinib yekunlaşdırılması istiqamətində xeyli irəliləyiş əldə etmişdi, sadəcə, bu istiqamətdə hələ də gediləsi yol var”.

RAMİL






19 May, 2011  20:11 Baxılıb: 1140 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner