Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Silahlı insident - BAKIDA

APA-nın məlumatına görə, hadisə ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Telman Məmmədov gecə yaşadığı binanın blokuna daxil olarkən binadan naməlum saqqallı şəxsin çıxdığını görüb. T. Məmmədov ondan kim olduğunu xəbər aldıqda naməlum şəxs səhv ünvana gəldiyini deyərək ərazidən uzaqlaşıb. T. Məmmədov binaya daxil olaraq yaşadığı evə qalxıb. O, mənzilin qapısının gözlüyünə saqqız yapışdırıldığını görüb, bunun həmin naməlum şəxs tərəfindən törədildiyini ehtimal edərək onun arxasınca qaçıb. Naməlum şəxs arxasınca gələnin olduğunu gördükdə əlindəki tapançadan havaya atəş açıb. T. Məmmədov silah səsindən sonra onu təqib etməyi buraxıb və bu barədə polisə məlumat verib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan müraciət əsasında araşdırmalara başlanıb.Hazırda polis silahdan istifadə edən şəxsin kimliyinin müəyyənləşdirilərək tutulması istiqamətində axtarışları davam etdirir.






21 Oktyabr, 2016  10:10 Baxılıb: 1775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner