Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan və Polşa sahibkarları görüşdü

Ötən gün Azərbaycan və Polşanın sahibkarlarının görüşü keçirilib. Tədbirdə Polşanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Roman Syczewski, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov və Baş məslətçi Adil Qurbanov, “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi İdarə heyətinin üzvləri Zaur Qasımov, Səxavət Kərimov, Polşadan və Azərbaycandan olan iş adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin Baş Katibi Səxavət Kərimov öz çıxışında bildirdi ki, kiçik və orta biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edilməsi ilə biznes əlaqələrinin inkişafında daha artıq nailiyyətlərə imza ata biləcəklərimümkündür.

 

Tədbirin təşkilatçılarından olan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov qonaqları salamlayaraq Azərbaycandakı investisiya imkanlarından danışaraq Polşa və Azərbaycan arasında  iqtisadi əməkdaşlıq imkanlarının çox olmasını dilə gətirərək Polşalı iş adamlarını ölkəmizə dəvət etdi.

Polşa-Azərbaycan Assossasiyasının vitse prezidenti Tukasz Kopanski tədbirdə çıxış edərək, Polşa haqqında qonaqlara geniş məlumat verərək qeyd etdi ki, bütün sahələrdə, xüsusi ilə iqtisadi sahələrdə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində xüsusi olaraq maraqlıdırlar.

Daha sonra  “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi İdarə Heyətinin üzvü Zaur Qasımov cənab prezident İlham Əliyevin sahibkarlığa verdiyi dəyərdən danışaraq məmnunluğunu qeyd etdi və ölkələr arasındakı iqtisadi əməkdaşlığın əhəmiyyətinin önəmini vurğuladı. Tədbirdə qonaqlar şirkətlərinin tanıtımını etdikdən sonra ikili görüşlər keçirildi.

 






19 Oktyabr, 2016  18:48 Baxılıb: 2324 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner