Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Sabah da yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-9° isti, gündüz 10-13° isti, Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Tibbi-meteoroloji proqnoz. Oktyabrın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdlü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, rütubətli havanın üstünlüyü və iqlim normasından xeyli aşağı temperatur şəraiti bəzi insanlarda narahatlılıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 10-15°, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.






18 Oktyabr, 2016  12:29 Baxılıb: 1680 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner