Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Meyiti heyvanlar tərəfindən parçalanmış şəxs kriminal avtoritet imiş

Bakıda meyiti heyvanlar tərəfindən parçalanmış şəxsin kimliyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, oktyabrın 13-ü saat 15 radələrində Qaradağ rayonu Lökbatan-Buta yolunun kənarındakı gölməçədə üzərində zorakılıq əlamətləri görünməyən təxminən 50 yaşlı kişi meyiti aşkar edilib. Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Andrey Nikolayeviç Bakay olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, oktyabrın 13-də paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb. Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.

Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. APA-nın əldə etdiyi fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 уголовный кодекс" döyməsi var. Onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.






15 Oktyabr, 2016  12:22 Baxılıb: 1729 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner