Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Baş nazirin xanımı Bakıda xalça toxudu

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində onun xanımı Kalsum Nəvaz Şərif oktyabrın 14-də “Azərilmə” Məhdud Məsuliyyətli Cəmiyyətin “Sehrli ilmələr” qalereyasında olub.

 

AzVision.az xəbər verir ki, “Azərilmə”də xanım Kalsum Nəvaz Şərifə Azərbaycan xalqının ən qədim sənətlərindən biri olan xalçaçılıq haqqında məlumat verilib. Qonaq xalçaçı qızların işini izləyib, orijinal kompozisiyalı xalçaya ilmələrin vurulmasına baxıb.Xanım Kalsum Nəvaz Şərifə məlumat verilib ki, rəngbərəng ilmələrdən toxunan zərif, bənzərsiz naxışlarla bəzədilən xalçalar əsrlər boyu dünya miqyasında ulu keçmişimizi, təkrarsız mədəniyyətimizi, milliliyimizi layiqincə təmsil edib. Bakı ilə yanaşı, regionlarda sexləri olan bu müəssisənin məhsulları bir çox ölkələrdə keçirilən satış-sərgilərdə xüsusi mükafatlara layiq görülüb. “Azərilmə”nin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini dirçəltmək və inkişaf etdirməkdir. Bu, həm istehsal, həm də elmi-tədqiqat müəssisəsidir.Xanım Kalsum Nəvaz Şərif “Azərilmə”nin qədim xalçalar qalereyasına da baş çəkib. Burada Azərbaycanın bütün klassik xalçaçılıq məktəblərinə - Bakı, Şirvan, Quba, Qazax-Borçalı, Gəncə, Naxçıvan, Qarabağ, Təbriz və İrəvan məktəblərinə aid xalçalar saxlanılır. Bu xalçalar XVIII əsrin əvvəlindən XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Pakistanın Baş nazirinin xanımı çay süfrəsinə qonaq oldu. Xanım Kalsum Nəvaz Şərifə xatirə hədiyyəsi təqdim edildi.






14 Oktyabr, 2016  13:38 Baxılıb: 1777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner