Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Nura Suri jurnalistləri Yapon mətbəxinə qonaq etdi

Simsar.az PrimeTime.Az -a istinadən xəbər verir ki, ötən gecə ölkənin ən dəbdəbəli məkanlarından biri olan "Buddha Bar Baku"da tanınmış müğənni Nura Suri dünyaca məşhur aşpaz Şigeki İimura ilə birgə yapon mətbəxinə müraciət edib. Məşhurlar öz əlləri ilə bişirdiyi fərqli təamları dostlarına təqdim ediblər.  Jurnalist, stilist, bloger və modellərin qatıldığı gecədə süfrəyə ilk təqdim edilən Nuranın "Çəhrayı pələng", dəniz məhsullarından hazırlanmış salatı oldu. Müğənninin şəxsi menyüsundan yer alan salat, qonaqların ağız dadına uyğun gəlib. Xüsusi olaraq bu gecə və "Buddha bar"ın 2 yaşı üçün Azərbaycana təşrif buyuran, elə məkanın dünya üzrə brend aşpazı Şigeki İimura, Bakıda yapon mətbəxinə olan sevgidən söz açıb: "Çox xoşdur ki, burada bizim yeməkləri sevən insanlar çoxluq təşkil edir. Nura xanım isə gözəl müğənni olmaqla yanaşı, həm də mükəmməl qurmandır. Onunla eyni mətbəxi bölüşmək maraqlı idi. Hər kəsə nuş olsun". Nura da öz növbəsində təşkil etdiyi gecədən söz açıb: "Bu günü əsasən jurnalist və çox yaxın dostlarım üçün təşkil etdim. Onlarla birgə maraqlı dəqiqələr keçirmək istədim. Deyilənlərə görə, fantaziyama əsaslanıb hazırladığım "Çəhrayi pələng" salatını hər kəs bəyəndi. Mən özüm də yapon mətbəxinin vurğunuyam". Fərqli gecə aşpaz Şigeki İimuranın qonaqlara təqdim etdiyi yapon yeməkləri ilə davam edib.







14 Oktyabr, 2016  11:33 Baxılıb: 2341 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner