Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Gəzən kitabxana III" layihəsinə start verilir

Gənclər  və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "2016-cı il Avropa Gənclər paytaxtı" çərşivəsində Gəncə şəhərində və "Şəmkir Gənclər Paytaxtı 2016" çərşivəsində Şəmkir rayonunda "Gəzən Kitabxana III" adlı layihənin həyata keçirilməsinə start verir.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova Simsar.az -a bildirib ki, oktyabrın 10-u saat 11:00-da qurumun inzibati binasının qarşısından start götürəcək layihənin həyata keçirilməsində məqsəd gənclərin kitab oxumağa olan marağının artırılması, onların təmənnasız olaraq kitab və elektron kitab vəsaitləri ilə təmin olunmasından ibarətdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə açılışı həyata keçirilmiş "Gəzən kitabxana" layihəsi 2013-2014-cü illər ərzində uğurla reallaşdırılıb, minlərlə oxucu kütləsini əhatə edib.

"Gəzən kitabxana" layihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar  fəaliyyət göstərən kitabxanada beş min kitab və on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (azərbaycan, rus, ingilis və türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi və digər texniki vasitələrlə təchiz olunub.

Burada müxtəlif yazıçı və şairlərin, elm və dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm və texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı və digər mövzularda kitablar və elektron vəsaitlər nümayiş etdirilir.

Artıq bu gündən etibarən ilin sonuna qədər "Gəzən kitabxana"nın zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə Gəncə şəhərinə və Şəmkir rayonuna səfəri nəzərdə tutulur.

"Gəzən kitabxana III" layihəsinin yola salınmasını gənclər və idman naziri Azad Rəhimov həyata keçirəcək.






8 Oktyabr, 2016  12:48 Baxılıb: 1743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner