Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Mərdəkan Dendrarisində özəl kommersiya maraqları - İDDİA

Bu günlərdə redaksiyamıza daxil olmuş məlumatlarda Mərdəkan Dendrarisində son vaxtlar yaranmış arzuolunmaz vəziyyətlə bağlı açıqlamalar təqdim olunur. Mənbənin iddiasına görə, bir vaxtlar dünyanın ən müxtəlif guşələrindən gətirilmiş bitki nümunələrinin yetişdirilməsi və seleksiyası sahəsində böyük uğurlara imza atmış, eləcə də gözəlliyi və füsunkarlığı ilə bura gələn ziyarətçilərin könlünü öxşayan bu müəssisə hazırda özünün tənəzzül dövrünü yaşamaqdadır. Buna səbəb isə, dendrarinin rəhbəri Tofiq Məmmədovun bu müəssisəni tam olaraq özünün kommersiya maraqları baxımından idarə etməsi olub.

 

Qeyd etmək lazımdır ki, Mərdəkan Dendrarisi Abşeron yarımadasının ən tanınmış yerlərindən biridir. Burada çox sayda subtropik ağaclar, kollar, çiçəklər, efiryağlı, yerli və yad floralara mənsub olan bitki növləri toplanmışdır. Müəssisədə aparılan işlərin elmi mahiyyəti ilə yanaşı, burada Abşeronun yaşıllaşdırılmasında və xalq təsərrüfatında istifadə olunmaq məqsədilə dekorativ subtropik ağaclar və kolların, efiryağlı və çiçəkli bitkilərin yetişdirilməsi də böyük əhəmiyyət kəsb edir. Ən azından, son zamanlara qədər bunu iddia etmək olardı. Hələ bu gün də Mərdəkan Dendrarisində Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi sahili ölkələrinin, Yaponiyanın, Çinin, Orta Asiyanın, Uzaq Şərqin, Qafkazın və planetin digər sahələrinin zəngin və qiymətli bitkiləri ilə tanış oımaq olar. Elmi yaşıllaşdırma mərkəzi kimi Mərdəkan Dendrarisi həm Abşeronun yarımsəhra rayonlarında, həm də bütün Azərbaycanda tanınmışdır. Arizonsayağı və üfiqivari kiparislər, alepp və italyan şam ağacları, sarıçiçəkli çöl bitkisi olan ispan nazı, avropa zeytun ağacları və bir çox digər növ bitkilər şəhər və kəndlərin küçə və parklarına buradan geniş vüsət almışlar. Dendrari ana yuva hesab olunur. Onun mövcudluğunun ilk illərindən Cənubi və Şimali Qafqazın, Orta Asiyanın, Krımın və Cənubi Ukraynanın yaşıllaşdırma təşkilatları buradan mübadilə yolu ilə şitillik material əldə etmişlər.

 

Təəssüflər olsun ki, son bir neçə ildə Mərdəkan Dendrarisində baş verənləri nə bu müəssisənin illərdən bəri formalaşmış nüfuzuna, nə də Milli Elmlər Akademiyasının struktur bölməsi olaraq bir elmi tədqiqat mərkəzinə yaraşdırmaq olmur. Məlum olduğu kimi, Mərdəkan Dendrarisinə 1996-cı ildən Tofiq Məmmədov rəhbərlik edir. Həm də 1986-1996-cı illərdə T.Məmmədov AMEA-nın Mərdəkan Dendrarisində baş mühəndis, direktor müavini vəzifələrində çalışmışdır. Lakin, görünür Tofiq müəllimin də elmə sədaqəti zamanın sınağından ləyaqətlə çıxa bilməmişdir. Nəticədə isə, məhz kommersiya əsasları dendrarinin, daha doğrusu şəxsən Tofiq Məmmədovun fəaliyyətində ön plana keçmişdir. İlk növbədə dendrarinin fəaliyyətində belə bir məqam diqqəti çəkir ki, buraya giriş pulludur. Əlbəttə düşünmək olardı ki, yığılan pullar müəssisənin inkişafına, məsələn elə yeni bitki növlərinin alınmasına və yetişdirilməsinə yönəldilir. Lakin bu da var ki, hər giriş üçün alınan 2 manatın müqabilində ziyarətçilərə nə bilet təqdim olunur, nə də qəbz yazılır. Başqa sözlə desək, burada yığılan pulların heç bir hesabatı aparılmır. İkinci bir məqam isə dendrarinin ərazisində fəaliyyət göstərən iki kafe ilə bağlıdır. Yəqin ki, bu iaşə obyektlərində kef məclisləri düzənləyənlər özlərini müəyyən müddətə planetin ən ekzotik guşələrində hiss etməkdən böyük zövq alırlar. Digər tərəfdən isə, dendrariyə mənəvi qida arxasınca gələn başqa vətəndaşların, əsil təbiət vurğunlarının bu mənzərədən razı qaldıqlarını düşünmək ən azından sadəlövhlük olardı. Lakin dendrarinin “kommersiya fəaliyyəti” bununla da bitmir. Aldığımız məlumatlarda bildirilir ki, son vaxtlar Mərdəkan Dendrarisində saxlanılan bəzi ekzotik heyvan növləri də müəmmalı şəkildə yoxa çıxırlar. Bu barədə açıqlama verən mənbə iddia edir ki, həmin heyvanları Abşeronun dəbdəbəli villalarının həyətlərində tapmaq olar...

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var.

DİA.az






7 Oktyabr, 2016  14:18 Baxılıb: 2994 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner