Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xədicə İsmayılın apelyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə jurnalist Xədicə İsmayılovanın barəsində qanunsuz sahibkarlıqla əlaqədar maddənin ləğv olunması ilə bağlı verdiyi şikayətə baxılıb. Trend-in məlumatına görə, prosesdə şikayət təmin edilməyib.

Qeyd edək ki, X. İsmayıl 2014-cü ilin dekabrında mənimsəmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

 

X.İsmayıl hökmdən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmənin 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verilib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Sonra X.İsmayıl onun barəsində CM-nin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə jurnalistin üzərindəki şərti cəzanın müddəti 3 il 6 aydan 2 il 3 aya endirilib. Həmin qərardan narazı qalan X.İsmayılın müdafiəçisi Fariz Namazlı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.






7 Oktyabr, 2016  15:08 Baxılıb: 1619 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner