Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan-İndoneziya Biznes Forumunun II mərhələsi keçirilib - BAKIDA

05 oktyabr 2016 tarixində İndoneziyanın Azərbaycandakı səfirliyi  Hilton Bakı Hotelində tədbir keçirib. Simsar.az bildirir ki, tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov, “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov, İndoneziyadan və Azərbaycandan olan iş adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblərr. Səfirlik 12-16 oktyabr 2016 tarixləri arasında İndoneziyada keçiriləcək “İndoneziya Trade Expo” sərgisinin tanıtımı və dəvəti məqsədi ilə ölkəmizdə müxtəlif sektorlarda  fəaliyyət göstərən 50-dən çox şirkət rəhbərlərinə və nümayəndələrinə şam yeməyi təşkil edib.

 

Tədbiri giriş sözü ilə açan İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fananie, ölkəsi və sərgi haqqında qonaqlara geniş məlumat verərək qeyd edib ki, bütün sahələrdə, xüsusi ilə iqtisadi sahələrdə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində xüsusi olaraq maraqlıdırlar. .

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov çıxış edərək Azərbaycandakı  investisiya imkanlarından danışaraq İndoneziya və Azərbaycan arasında böyük iqtisadi əməkdaşlıq imkanlarının çox olmasını dilə gətirərək İndoneziyalı iş adamlarını ölkəmizə dəvət etdi  və “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi ilə birgə bu sahədə böyük işlər görəcəklərini qeyd edib.

Daha sonra  “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov öz çıxışında bildirib ki, kiçik və orta biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edilməsi ilə biznes əlaqələrinin inkişafında daha artıq nailiyyətlərə imza atıla biləcəklərinin mümkünlüyündən danışıb.






6 Oktyabr, 2016  14:55 Baxılıb: 1885 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner