Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BDU İtaliya və Monteneqro universitetləri ilə əməkdaşlıq müqaviləsi imzalayıb

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində İtaliya, Monteneqro, İspaniya, Macarıstan universitetlərinin nümayəndə heyətləri Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun mətbuat xidmətindən Simsar.az -a bildirilib ki, universitetin professor-müəllim heyəti ilə keçirilən görüşdə çıxış edən rektor, akademik Abel Məhərrəmov BDU barədə ətraflı məlumat verib, son illər elm  və təhsil sahəsində beynəlxalq əlaqələrin daha da genişləndiyini vurğulayıb. Rektor bu görüşün universitetlərarası münasibətlərin  daha da inkişafına təkan verəcəyini bildirib.

İtaliyanın Trento Universitetinin rektoru Paolo Kollinini, Kassino və Cənubi Latsio  Universitetinin rektoru Covanni Bettanı, Monteneqronun Donya Qoritsa Universitetinin rektoru Veselin Vukotiçi təmsil etdikləri ali təhsil ocaqlarının fəaliyyət istiqamətləri, ixtisaslaşma məsələləri barədə ətraflı məlumat verdikdən sonra həmin universitetlərlə BDU arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Görüşdə forum çərçivəsində ölkəmizdə olan UNESCO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Girones, İtaliyanın Qenuya Universitetinin prorektoru Quido  Franko Amoretti,  Link Kampus Universitetinin prezidenti Vinçenzo Skotti, Macarıstandan olan professor Qabor Həmzə də iştirak edib.

 






30 Sentyabr, 2016  16:32 Baxılıb: 1659 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner