Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Elmar Məmmədyarov BMT baş katibinin köməkçisini qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinin köməkçisi, təşkilatın İnkişaf Proqramının (UNDP) Avropa və MDB ölkələri üzrə ofisinin direktoru Cihan Sultanoğlunu qəbul edib. XİN-in mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, görüşdə Azərbaycanla UNDP arasında əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulanıb və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd edilib.

Eyni zamanda XİN-in nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin (AIDA) humanitar sahədə gördüyü işlər və həyata keçirdiyi layihələr yüksək qiymətləndirilib.

C. Sultanoğlu təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib və ikitərəfli əməkdaşlıq nəticəsində əldə olunan uğurlardan söz açıb. O, həmçinin, Azərbaycanın ANAMA və ASAN Xidmət kimi qurumların təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.

Görüşdə həmçinin bildirilib ki, Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi davamlı inkişafa məqsədlərinə töhfə vermək üçün əlavə imkanlar yaradacaq.







30 Sentyabr, 2016  14:50 Baxılıb: 1834 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner