Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azay Quliyev Avropanı ittiham etdi

“Azərbaycan Avropa institutları ilə əməkdaşlığa başlayandan müxtəlif təzyiqlərə məruz qalıb” 

Bunu Bakıda keçirilən Vətəndaş Cəmiyyəti Forumunda millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.

Simsar.az-ın məlumatına görə, Azay Quliyev bildirib ki, çətinliklərə və təzyiqlərə baxmayaraq Azərbaycan Avropa təsisatları ilə əməkdaşlıqda maraqlıdır: “Azərbaycan hazırda “Avronest”in üzvüdür. Azərbaycan Avropa ilə həm parlament, həm vətəndaş cəmiyyəti, həm də digər sahələrdə əməkdaşlıq edir”.

Azərbaycanın Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramında da əməkdaşlıq etdiyini vurğulayan millət vəkili əlaqələrin genişlənməsində qarşılıqlı marağın mühüm olduğunu bildirib. Azay Quliyev bu əməkdaşlığa kölgə salan məqamların mövcudluğunu da forum iştirakçılarının diqqətinə çatdırıb: “Təəssüf ki, Avropa Parlamentində bəzən Azərbaycana qərəzli münasibətin şahidi oluruq. Azərbaycanda vəziyyəti düzgün əks etdirməyən son qətnaməni çıxarılması da bunu göstərir ki, əlaqələrimizi inkişafına qarşı olan qüvvələr var”.

Avropa Parlamentinin son qətnaməsinin 30-35 deputatın səyi ilə ərsəyə gəldiyini deyən natiq bunun ümumi işə xələl gətirməyəcəyini bildirib.

Forumda çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin proqram rəhbəri Fuad Hüseynov deyib ki, 2007-ci ildən bu günə qədər Avropa İttifaqı Azərbaycanda 20-dən artıq layihəni maliyyələşdirib: “Reallaşdırılan bu layihələrə 5 milyon avrodan artıq vəsait ayrılıb. Bu layihələr əsasən sosial sahələrin və vətəndaş cəmiyyətinin inkişafına yönəlib”.

Fuad Hüseynov bundan sonrada analoji layihələrin davam etdiriləcəyini bildirib.






19 May, 2011  15:40 Baxılıb: 1658 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner