“Mercedes”in İtaliyadakı dizayn bürosu yeni vertolyot modelləşdirib.
Simsar.az-ın ”autojournal.fr”ə istinadla xəbərinə görə, “Eurocopter EC145” adlı helikopterdə
“Mercedes” cizgiləri aydın hiss olunur. 8 nəfərlik helikopterin salonunda orijinal işıqlandırma sistemi və çoxfunksiyalı qutular quraşdırılıb. Rels üzərində montaj edilmiş oturacaqların yerini dəyişmək və ya çıxarmaq mümkündür.
Dizaynerin fikrincə burada eleqantlıq, nüfuz və komfort birləşdirilib.