Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

İtkin neftçilərin ailə üzvləri axtarışa qoşulur

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş hadisə nəticəsində itkin düşənlərin yaxınları da axtarışa qoşulurlar. Simsar.az ANS PRESS-ə istinadən bildirir ki,bu barədə məlumatı SOCAR verib.

Fövqəladə Hallar Nazirliyi və SOCAR dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq belə addım atıb. Onların helikopterlər vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək haqqında qərar verilib.

Dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.

Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 8-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 22 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.

 

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:

 

1 Qasımov Mübariz Dilqəm o. 21.01.1958

2 Rzaxanov Edik Rivazin o. 15.01.1983

3 Babazadə Tural Fətəli o. 01.09.1993

4 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953

5 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971

6 Qasımov Bayram Mirzəağa o. 20.03.1978

7 Abdullayev Adil Ələkbər o. 19,02,1953

8 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954

9 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973

10 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978

11 Niyazov Seyfəddin Abil o. 09.02.1968

12 İskəndərov İnqilab Osman o. 29.11.1957

13 Mayborda Oleq Akimoviç 21.11.1971

14 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962

15 İbrahimov Xalid Bəşir o. 12.08.1971

16 Həsənov Zaur Vahid o. 24.12.1975

17 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967

18 Hüseynov Bəhlul Sirac o. 25.11.1969

19 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981

20 Xəlilov Zaur Arif o. 15.09.1975

21 Sahmarov Sahib Güloğlan o. 02.08.1973

22 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza baş verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub. Bəhmən Cəfərovun meyiti aşkar olunsa da digərlərinin axtarışları hələ də davam edir.

 






28 Dekabr, 2015  11:10 Baxılıb: 975 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner