Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Nazpəri Dostəliyeva: "Mənə qoyulan efir qadağasında məmur əli var"

Xalq artisti Nazpəri Dostəliyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində jurnalistlərlə görüşüb. Simsar.az - ın məlumatına görə, xalq artisti 3 ildir ki, efirlərdən uzaq düşməsindən  və yeni layihələrindən danışıb. “Demək olar ki, 3 il ildir ki, qapalı həyat yaşayıram. “ANS” və Region TV -dən başqa Azərbaycandakı digər telekanallara dəvət olunmuram. Bilmək istəyirəm ki, bunun səbəbi nədir? Məni sevənlərin "niyə efirdə yoxsunuz?" suallarına cavab verə bilmirəm. Elə ona görə də bu gün media əhlini bir araya yığdım ki, bu məsələni çözək. Mənə qoyulan efir qadağasında məmur əli var. “ANS” telekanalı bəzi telekanallar kimi mənə qarşı ikiüzlülük etmədi. Digər telekanallardan soruşursan, deyirlər, qadağa yoxdur. Əgər qadağa yoxdursa, niyə məni efirlərə çağırmırlar? Bu günki mətbuat konfransına bir çox sənətkarlar təşrif buyurmaq istəyirdilər. Amma buna özüm razı olmadım. İstədim ki, öz problemimi özüm çözəm".

Bundan əlavə xalq artisti onu haqsız olaraq 25 min manat cərimələyən məhkəmə qərarından danışıb. "Həmin məhkəmə proseslərində haqsız yerə 25 min manat ödədim. Bütün bunlara göz yumdum. Məni yaraşmaz ki, kiminsə adını çəkim. Söylədilər ki, Avropa məhkəməsinə müraciət edim. Amma bunu eləmədim. Hər zaman problemi özüm çəkmək istəmişəm. Heydər Əliyev də mənim sənətimi həmişə qiymətləndirib. Daima bunu gizlətmişəm, amma indi açıq şəkildə deyirəm"

Xalq artisti daha sonra Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin oğlunun toy mərasimində iştirakından danışıb: “O da Azərbaycan balasının toyu idi, getdim iştirak etdim. Qonararaımı aldım. Həmin toyu isə bu qədər siyasiləşdirərək şişirtdilər".

Cəmilə






18 Noyabr, 2015  16:15 Baxılıb: 1592 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner