Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

PƏNAH HÜSEYN QÜDRƏT HƏSƏNQULİYEVİ "DONQİLİ" ADLANDIRDI

“donqili” şirkətlər olduğu kimi, “donqili” siyasətçilər, “donqili” deputatlar və “donqili” adamlar da olur

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında, daha sonra isə partiyasının mətbuat xidmətinin yaydığı mətnlə İctimai Palatanın Koorsinasiya Şurasının üzvlərini ağır şəkildə ittiham edib. Əgər əvvəlki ittihamlarında ümumi ünvan göstərirdisə, daha sonra verdiyi açıqlamalarlda o, ad da çəkib. Deputat açıq mətnlə bildirir ki, onun əsas hədəfi İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyndir. 

Hörmətli Pənah bəyin ünvanına sərt ittihamlar, ağır sözlər səsləndirən Q.Həsənquliyev onu və Koordinasiya Şurasının digər üzvlərini Yessentukiyə müalicəyə getdiyinə görə qınayıb. Buna səbəb kimi də onu göstərib ki, niyə İP rəhbərləri mitinqlərdə tutulanlar həbsxanada ola-ola Yessentukiyə gediblər, gərək onların həbsdən çıxmasını gözləyəydilər və s. 
Bu cür fikirlərə və insanların şəxsi həyatlarına burun uzatmaq cəhdinə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoglu bir gün əvvəl cavab vermişdi: “Biz istirahətə yox, müalicəyə gəlmişik. Halımıza həsəd aparan, yaxud da durumumuzadan istifadə etmək istəyənlərin başlarına gəlsin”, - deyən Rauf Arifoğlu cənab Həsənquliyevin bu cür hərəkətinin çirkin mahiyyətini də qeyd etmişdi. Daha sonrakı – 18 may tarixli açıqlamalarında isə Q. Həsənquliyev daha uzağa gedərək, İP KŞ üzvlərininin ailə üzvlərinə də dil üzadıb. “İctimai Palatanın başında duranlar başqalarını aksiyaya çağırıb özləri çıxmırlar, başqa qadınları mitinqlərə dəvət etdikləri halda öz qadınlarını aksiyalara buraxmırlar. Sonra da istəyirlər ki, heç kim bu barədə danışmasın...” Doğrudur, bu açıqlamaların ardınca guya yumşaltmaq məqsədi ilə cənab Həsənquliyev gün ərzində yeni düzəliş yaydı. Lakin “üzru qəbahətindən betər” misalında olduğu kimi, bu düzəliş durumu daha da gərginləşdirdi.

Müxbirimiz Qüdrət Həsənquliyevin sərasər açıqılamalarının əsas hədəfi olan sabiq millət vəkili, İP KŞ üzvü Pənah Hüseynlə əlaqə saxlaya bilib. Pənah bəy məsələ ilə bağlı müxbirimizin suallarına cavab verərkən bunları deyib: “Ümumiyyətlə Qüdrət Həsənquliyevin bu cür açıqlamaları təəccüb doğurmamalıdır. Bu, onun xislətidir. Amma bu dəfə məsələnin içində başqa şeylər də var. Bilirsiniz ki, yaxınlarda Q.Həsənquliyev neft və ARDNŞ mövzusunda çıxış etmişdi. Görünür, “xahişi” sayəsində alacağı 10 faiz onun başını o qədər dumanlandırıb ki, Neft Şirkətinin və neftin Azərbaycandakı əsas “xozeyninin” kim olduğunu unudub və cızığını aşıb. Hər halda, görünən budur ki, ağaları onun qulağını bərk burub və ağlı başına gəlib. Xofa düşüb, mövzunu dəyişmək istəyir. İndi ona verilən rola uyğun işlə məşğul olur. Q. Həsənquliyevin siyasi bioqrafiyasında nə isə orijinal, yaradıcı bir şey yoxdur. Bu yaxınlarda İctimai Palatanın Yol Xəritəsinin güya onun rəhbərlik etdiyi partiyanın sənədlərindən mənimsənilməsi iddiasının necə biabırçı şəkildə boşa çıxdığını hamı gördü. Amma etiraf etmək lazımdır ki, Azərbaycanın siyasi leksikonuna “donqili” sözünü o gətirib. Burda qeydsiz – şərtsiz müəllifdir. Onun yaradıcılığını inkişaf etdirərək deyə bilərik ki, “donqili” şirkətlər olduğu kimi, “donqili” siyasətçilər, “donqili” deputatlar və “donqili” adamlar da olur. Bunlardan ən tipik nümunəsi Qüdrət Həsənquliyevin özüdür. “Donqili” olmayan ailə, qadın söhbəti etməz. Gözəl Bayramova, Vəfa Cümşüdlü (Müsavatın Qadınlar Şurasının üzvü-red) və yüzlərlə bizim qadın siyasi liderlər meydanlara öz ürəkləri, iradələri, cəsarətləri ilə çıxıb. Onların siyasətçi böyüklüyünə cinsi kişi olan min siyasətçi “müxalifətçi” sığar. Ümumiyyətlə isə Q. Həsənquliyevin qadınlardan danışmağa mənəvi haqqı və dili olmasın gərək. Bəlkə MSK- üzvü olarkən qarışdırdığı hərəkət yadından çıxıb?!
O ki, qaldı, bizim həbsdə olan qardaşlarımıza... Arif bəyə, Sahib bəyə, Şahin bəyə, Turala, Əhədə .... Onlar həbsdə olsalar da, qüdrətkimilərdən çox-çox azaddırlar, azadlıqdadılar. Nə onların, nə də onların ailələrinin Qüdrət Həsənquliyevin riyakar “xahişlərinə”, “müdafiəsinə” ehtiyacı yoxdur. Çünki hamı başa düşür ki, hədəf nə Pənah Hüseyn, nə də həbs olunanlar deyil. Hədəf İctimai Palatadı, Azərbaycan xalqının demokratik inqilab yoludur, azadlıq məsələsidir. Hansılar ki, Qüdrət Həsənquliyev öz roluna uyğun olaraq bütün bunlara qarşıdır.
İP rəhbərliyi bizim hara, hansı məqsədlə və nə müddətə getdiyimizi bilir. Hər şey onların razılığı və təkidi ilə olub.
Buradan bütün əqidədaşlarımıza salamlar. İki-üç gün sonra görüşəcəyik.

musavat.com






18 May, 2011  21:50 Baxılıb: 1725 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner