Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tanınmış jurnalist mükafat aldı

Bu gün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə həsr olunmuş tədbir keçirilib.

Movqe.az xəbər verir ki, tədbiri giriş sözü ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli açıb. N. Yusifbəylin qonaqları salamladıqdan sonra tədbirin keçirilməsinin məqsədi barədə məlumat verib. Daha sonra çıxış edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov medianın ictimai rəyə təsirindən söz açıb. A. Bədəlov bildirib ki, media işçiləri cəmiyyətin güzgüsüdür. Bu nöqteyi nəzərdən mətbuat işçilərinin işinin məsuliyyətli olduğunu söyləyən A. Bədəlov alternativ enerji sahəsinin inkişafının əhəmiyyətindən söz açaraq, bu sahədə aparılan işlərin ictimaiyyətə çatdırılması, əhalininn marifləndirilməsinin vacib olduğunu dilə gətirib. A. Bədəlov alternativ enerji sahəsinin Azərbaycanda inkişaf tarixindən və görülən işlərdən də söz açıb: “Bu planetin dəyərini bilməliyik. Bu planet bizə ona görə verilməyib ki, biz onu dağıdaq, məhv edək. Ənənəvi enerji istehsalı tükənən olduğundan, istehsalı və paylanma zamanı texnogen proseslər baş verdiyindən iqlim dəyişikliklərinə səbəb olur. Bu və müxtəlif səbəblərdən alternativ enerji mənbələrdən istifadə günün tələbidir”.

A. Bədəlov deyib ki, neft, qaz, resurslar uğrunda böyük müharibə gedir: “Lakin günəş sülh enerjisidir. Bu zaman zaman öz təsdini tapacaq. Biz fəxr etməliyik ki, dünyada bu sahədə ilk sözünü deyən ölkələrdən biriyik”.

Daha sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqə barədə məlumat verib. V. Səfərli bildirib ki, bu müsabiqənin keçirilməsinin məqsədi Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, bu sahədə mövcud vəziyyətinin araşdırılması, əsas prioritetlərin nəzərdən keçirilməsi və perspektiv imkanların təhlil edilməsindən ibarətdir. V. Səfərli qeyd edib ki, bu müsabiqəyə Fondun keçirdiyi digər müsabiqələrlə müqayisədə az yazı təqdim olunub: “Bu müsabiqəyə 29 yazı daxil olub. Müsabiqədə 18 KİV iştirak edib. Digər müsabiqələrlə müqayisədə bu müsabiqəyə az yazı daxil olub. Bunun səbəbi jurnalistlərin çoxunun bu sahədən məlumatlı olmaması ilə əlaqədardır.

V. Səfərli qeyd edib ki, müsabiqədə qalib olmuş yazıların müəlliflərinə bir birinci yer. iki ikici yer, üç üçüncü yerin qaliblərinə əsas, on yazı müəllifinə isə həvəsləndirici mükafat təqdim olunmasının nəzərdə tutulduğunu söyləyib:

“Amma bu dəfə Akim müəllimin təşəbbüsü ilə müsabiqədə qalib olmayan jurnalistlər də mükafatlandırılacaq. Yəni bu müsabiqəyə yazı verən heç bir jurnalist kənarda qalmayacaq”.

V. Səfərlinin çıxışından sonra qalib jurnalistlərə diplom və pul mükafatları təqdim olunub.

Azinforum.az bildirir ki, müsabiqənin qaliblərinin sırasında “Bakı-Xəbər” qəzetinin əməkdaşı və saytımızın baş redaktoru Məhəmmədəli QƏRİBLİ-də olub.






17 Noyabr, 2015  15:51 Baxılıb: 962 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ
16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27














23 Oktyabr, 2023  12:30

sagbanner