Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Fransada baş verən və dünyanı şoka salan terror hadisəsi ilə bağlı həmkarı Fransua Ollanda başsağlığı verib. Dövlət başçısı baş vermiş hadisəni, terroru qınadığını deyib.

"Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.Bu ağır anlarda biz Fransa xalqı ilə, Sizinləyik".

Dövlət başçısı İ.Əliyev baş vermiş bu faciə ilə əlaqədar həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Bu gecə Fransanı qana bulayan terror hadisəsi nəticəsində 150-dən çox insan ölüb. Yüzlərlə yaralı var. Məlumata görə, paytaxt Parisdə bir-birinin ardınca altı terror hücumu baş verib. Onlardan ən dəhşətlisi isə rok konserti keçirilən salonda və Almaniya-Fransa matçı keçirilən stadionun yaxınlığında baş verib. Kamikadzelər özlərini partladıblar, əhalini girov götürüblər. Daha sonra onlar girovların bir hissəsini güllələyiblər.

Terror hadisələri ilə bağlı Fransada fövqəladə vəziyyət elan edilib, sərhədlər bağlanılıb və əhaliyə ehtiyac olmadığı təqdirdə küçəyə çıxmamaq tapşırılıb. Fransua Olland baş vermiş terror aktı ilə bağlı G20 sammitində iştirakdan imtina edib.






14 Noyabr, 2015  09:18 Baxılıb: 1072 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner