Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Opera və Balet Teatrı yeni mövsümə premyera ilə başlayacaq

Opera və Balet Teatrı hər il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində öz tamaşaçılarına dünya şöhrətli klassik bəstəkarların yeni bir tamaşasını təqdim edir.Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az -a verilən məlumata görə, bu il də ənənəsinə sadiq qalaraq teatr Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 23-də Cakomo Puççininin "Manon Lesko" operasını səhnəyə qoyacaq. Tamaşa konsert ifasında səslənəcək.

"Manon Lesko" Puççini yaradıcılığının ən parlaq nümunələrindən biridir. Opera ilk dəfə 1 fevral 1893-cü ildə Turində (İtaliya) səhnəyə qoyulub. Operanın librettosunu Avropada çox populyar olan Antuan Fransua Prevonun "Kavaler de Qrie və Manon Leskonun məhəbbət tarixçəsi" kitabının motivləri təşkil edir.Dünya opera sənətinin incilərindən sayılan "Manon Lesko" operası hal-hazırda dünyanın bir çox aparıcı teatrlarının repertuarını bəzəyir.

Azərbaycan Opera və Balet Teatrında tamaşanın premyerasında Azərbaycanın əməkdar artisti Afaq Abbasova (Manon Lesko), xalq artisti Samir Cəfərov (Kavaler de Qrie), əməkdar artist Əkrəm Poladov (Qeront), həmçinin solistlər Anton Ferştandt (Lesko), Əliəhməd İbrahimov (Edmondo) və Atəş Qarayev (Fənərçi) çıxış edəcəklər.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysterlər Vəfa Əzizova və Roza Səlimovadır.






7 Sentyabr, 2015  19:38 Baxılıb: 1509 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner