Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ramiz Novruz teatrın kollektivi qarşısında üzr istəsə, onu bağışlayaram” - Ramiz Məlik

"Bizim aramızda dava teatrın direktoru İsrafil İsrafilov məsələsinə görə olmayıb. Bu barədə deyilənlər tamamilə yanlışdır”. Bunu APA-ya Azərbaycanın xalq artisti Ramiz Məlik deyib. Onun sözlərinə görə, həmkarı, xalq artisti Ramiz Novruzla aralarındakı mübahisəyə səbəb Yuğ Teatrının rejissoru Gümrah Ömərin Akademik Milli Dram Teatrının kollektivini təhqir etməsi olub: “Ramiz Novruz Gümrah Öməri müdafiə etmişdi. Biz də dedik ki, o, nəyə görə öz sənət dostlarını yox, teatrı təhqir edən adamı müdafiə edir? O da dedi ki, düz edib. Mən Ramiz Novruzla normal söhbət edirdim, o isə qadını, qızı ortalığa qoydu, söyüş söydü və gözləmədiyim anda mənə yumruq atdı. Mən polisə şikayət etmişəm, polis araşdırsın, hüquqi qiymət versin”.

R. Məlik əlavə edib ki, hadisə baş verəndə onların yanında xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı, əməkdar artist Sabir Məmmədov və başqaları olub. Xalq artisti Ramiz Novruz APA-ya baş verən hadisəyə görə həmkarından üzr istəməyə hazır olduğunu bildirib.

Həmkarının üzr istəyib bağışlanmasını xahiş etməsinə Ramiz Məlikin münasibəti belə olub: “Ramiz Novruz Akademik Milli Teatrının kollektivinin qarşısında üzr istəsə, onu bağışlayacağam. Bu, yalnız ikimiz arasında olan məsələ deyil. Teatr tək mənim deyil, bütün xalqındır və o teatrda Azərbaycanın böyük sənətkarları çalışıb"






24 Avqust, 2015  12:43 Baxılıb: 1308 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner