Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Abdin Fərzəliyevə güvənib müştəriləri necə aldadırlar - FOTO

 

Paytaxtın ictimai-iaişə müəssisələrində qiymət özbaşınalığı haqda demək olar ki, hər gün müxtəlif səpkili xəbərlər yayılır. Bu xəbərlərdə müştərilər hesab ödənilən zaman aldadıldıqlarını, obyekt sahiblərinin gobud şəkildə vətəndaşın cibinə “girdiyindən” şikayətlənirlər. Lakin hər dəfə də ticarət obyektləri - əsasən də kafe-restoranların sahiblər vəziyyətdən çıxış yolu tapırlar və ya tapmağa çalışırlar. Ötən gün qarşılaşdığımız situasiyada da eyni vəziyyət təkrar olundu.

Keçək əsas məsələyə...

Dünən Bakının Nərimanov rayonu Atatürk prospektindəki parkda fəaliyyət göstərən “Garden” kafesində dostlarla görüşüb, söhbətləşdik. Təbii ki, bu zaman əvvəlcə 2 ədəd 0,5 litrlik su butulkası, sonra isə mürəbbə ilə 2 çaynik çay sifariş etdik.

Hesabın ödənilməsi zamanı isə qiymətdən şoka düşdük. Səndemə, 1 litr su belə tutmayan çaynikin 1 ədədinin qiyməti 4 manatdır. Mağazalarda 30 qəpiyə satılan suyun 0,5 litri 1 manat, mürəbbə isə 4 manatdır.

Ənənəvi olaraq isə hər hansı etiraz qəbul olunmadı. Obyektin sahibinə etirazımızı çatdırmaq cəhdi isə boşa çıxdı.

Jurnalist marağından irəli gələrək, “Garden” kafenin sahibi və buradakı qiymət siyasətini müəyyənləşdirən şəxslərin kimliyi ilə maraqlanmağa çalışdıq. Bəlli oldu ki, kafe Nərimanov rayon İcra Hakimiyyətində işləyən Nurlan adlı şəxsin qardaşı Rəşad tərəfindən işlədilir. Adıçəkilən şəxslər isə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə yaxın bağlılıqları var.  Buradakı qiymət siyasəti və müştərilərin etirazının nəzərə alınmaması da kafeni Abdin Fərzəliyevə yaxın adamlar tərəfindən işlədilməsi ilə bağlıdır.

İnanırıq ki, hər halda A. Fərzəliyev də buradakı qiymətlərdən məlumatsızdır və bu xəbərdən sonra yaxınlarının müştəriləri bu cür aldatmasının qarşısının alınması üçün lazımı tədbir görəcək.







20 Avqust, 2015  15:51 Baxılıb: 1292 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner