Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nəsimi adına Dilçilik İnstitutunda nə baş verir? - İddia

AMEA-da alimlərin “akademik talan”ı Prezidentin Nəsimi adına Dilçilik İnstituna ayırdığı 2 milyon manat kimlər tərəfindən və hansı yollarla mənimsənilib?

İnstitutun əməkdaşları külli miqdarda yeyinti ilə bağlı sensasion faktları yenidən açıqladılar. İnstitutda maliyyə mənimsəmələri barədə məlumatlar, hələ 2013-cü ilin noyabrında geniş ictimaiyyətin diqqətinə çatdırılmışdır və bu gün də yaşanan son olaylarla bağlı bəzi açıqlamaları, yenidən ictimaiyyətin diqqətinə çatdırmağı sanki özümüzə borc bilirik. Azərbaycan Milli Elmlər Akademiyasında milyonlarla vəsaitin necə mənimsənilməsi ilə bağlı, bu günlərdə yeni məlumatlar əldə etmişik. Bu barədə “Gündəm Xəbər”ə məlumat verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun bir qrup əməkdaşı bildirirlər ki, hələ bir müddət bundan əvvəl ölkə rəhbərinin müvafiq sərəncamı ilə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2 milyon manat pul ayrıldı. Verilən məlumatda bildirilir ki, 2 milyon manat pulun hara və necə xərclənməsi, bu gün də heç bir dövlət qurumunu maraqlandırmır. Məhz, buna görə də prezidentin sərəncamı ilə ayrılan milyonlar kimlər tərəfindənsə mənimsənilir və ayrılan 2 milyon manat vəsait, Nəsimi adına Dilçilik İnstitunun maddi-texniki bazasının gücləndirilməsinə deyil, institun direktor əvəzi Fəxrəddin Veysəlovun xaricdə yaşayan oğlunun, ingilis kürəkəninin, eləcə də onun özünün və akademiyanın Rəyasət Heyətindəki səlahiyyətli havadarlarının maddi durumunun yaxşılaşdırılmasına sərf olunub. Diqqətə onu da çatdırırıq ki, həmin vaxt Akademiyanın Humanitar elmlər bölməsində rəhbərliyi, dilçilik elmində fundamental əsərlərin müəllifi olmayan “akademik” (o dövr müxbir üzvi idi) Kamal Abdullayev (Abdulla) edirdi. İnstituta ayrılan pulların hara və necə xərclənməsinə isə, nəzarətini həyata keçirmirdi. Ona görə ki, Fəxrəddin Veysəlli və Kamal Abdullayev yaxşı bilirdilər ki, sadalanan faktlar bu cürdür. Fəxrəddin Veysəlli birinin qiyməti, guya 1700 manat olan çoxlu LC (Seleron) komputeri alıb. Həmin komputerlərin qiyməti əslində təxminən 300 manatdır. Bundan əlavə o, guya qiyməti 2500 manat olan 20 ədəd noutbuk da alıb. Ən zəif, istehsalı artıq dayandırılmış, köhnəlmiş “Compaq” noutbuklarının təxmini qiyməti, əldə etdiyimiz məlumatlara görə 299 manatdır. Hətta bunlar azmış kimi, onun hər biri 1000 manat olmaqla 10 ədəd musiqi mərkəzi alması da, heç də diqqətdən kənarda qalmadı. Hansı ki, onların hər birinin qiyməti 200 manatdan çox deyil. Görəsən instituta 10 ədəd musiqi mərkəzi lazım idimi? Qəribədir ki, Kamal Abdullayev “hər həftə səkkiz, mən doqquz” instituta deyil, orada işləyən və intriqalar mənbəyi hesab olunan “bacısı” Məhəbbət Mirzəyevaya baş çəkirdi. Amma, nədənsə maliyyə maxinasiyalarına göz yumurdu. Burada “əl əli yuyar, əl də üzü yuyar” prinsipi yada düşür. Axı, Dilçilik İnstitutu kafe, bar, əyləncə mərkəzi deyil, elmi-tədqiqat müəssisəsidir. Məlumatda həmçinin o da qeyd olunur ki, institut üçün olduqca baha qiymətə alınan tərcümə qurğuları başqa təşkilatın balansına keçirilib. Həmin avadanlıqların təxmini qiyməti 1 milyon manat olduğu da iddia olunur. İnstitut əməkdaşları rəhbərlikdən alınan avadanlıqların niyə başqa bir təşkilatın balansına keçirilməsinin səbəbini soruşurlar. Ayrılan 2 milyon manat talan edildiyindən, həmin məbləğin AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun maddi-texniki bazasının gücləndirilməsinə heç bir xeyri olmadığı da xüsusi vurğulanır. O da qeyd olunur ki, alınmış noutbuk, kompüter, musiqi mərkəzi, tərcümə qurğuları və.s kimi avadanlıqların heç birinin pasportu, zəmanət kağızı, digər zəruri sənədləri belə yoxdur. Onlar haradasa, bəlkə də Avropa ölkələrinin birində vaxtilə istifadə olunmuş və sonradan hesabatdan silinmiş köhnə avadanlıqlardır. Onları şişirdilmiş qiymətlərlə AMEA-nın Nəsimi adına Dilçilik İnstituna “sırımağın” özü bir cinayətdir. İnstitut rəhbərliyinin nəşriyyat xərcləri ilə bağlı fırıldaqları da, heç bir əndazəyə sığmır və xüsusi təhqiqatın aparılmasını zəruri edir. Maraqlidir ki, AMEA-nın Humanitar Elmlər Bölməsi belə bir cinayət xarakterli faktların üstündən sükutla keçdi. Bir müddət sonra isə, Fəxrəddin Veysəlov direktor əvəzi vəzifəsindən azad edildi. Tanınmış dilçi alim, uzun illər direktor müavini vəzifəsini daşımış və səmərəli fəaliyyəti ilə xüsusi ad-san çıxaran Məsud Mahmudov da, işdən çıxmağa məcbur edildi. Dünya miqyaslı türkoloq alim Tofiq Hacıyev instituta direktor təyin olunanda, Kamal Abdullayev “bacısı” Məhəbbət Mirzəyevanı ona müavin təyin etdirməyə nail oldu. Çox keçmədi ki, Kamal Abdullayev həm rektorluqdan, həm də akademik katibliyindən çıxarılıb ölkə prezidentinə müşavir təyin edildi. Belə bir vaxtda komandaya təyinat alan Məhəbbət Mirzəyeva, ilk gündən özünü direktor kimi aparmağa başladı. Xarakteri olduqca mülayim, səmimi şəxs olan akademik Tofiq Hacıyevin işinə, o, çox keçmədi ki, müdaxilələr etməyə, hətta başının üstündən başqa-başqa işlər də görməyə başladı. Saxta sənədlər tərtib edib, maliyyə maxinasiyalarına qurşandı. Kollektivin və Akademiyanın Rəyasət Heyyəti rəhbərliyinin humanistliyi ilə, Məhəbbət Mirzəyeva direktor müavini vəzifəsindən uzaqlaşdırılsa da, onu müvəqqəti şöbə müdiri vəzifəsində saxladılar. Elə həmin andan da intriqa başladı, nə başladı! Verilən məlumatlarda bildirilir ki, o aparatdakı qardaşının köməkliyi ilə çox keçmədi ki, iftiradolu məktubları ilə Prezident Administrasiyasını “bəzəməyə” də başladı. Bir əlində üç qarpız tutmaqla və admistrasiyadakı müşavirin də dəstəyindən yararlanmaqla, Akademiyanın həqiqi üzvü Tofiq Hacıyev məzuniyyətdə olduğu vaxt, o, Rəyasət Heyətinə çağırılıb istefa ərizəsi yazması tələb olundu. Belə hal yalnız vətən xainlərinə, dövlət əmlakını talan edənlərə şamil edilə bilər. Humanist insan, abırlı şəxsiyyət ərizə yazıb ki, “mən məzuniyyət müddəti bitəndən sonra vəzifəmdən istefa verə bilərəm (təxminən bu məzmunda). Fəxrəddin Veysəlli və onun AMEA-nın Rəyasət Heyyətindəki havadarlarının ana dilimizin inkişafı məqsədilə ayrılmış vəsaitlərin mənimsəməsi ilə bağlı araşdırmalar aparılmalı və günahkarlar da lazımınca cəzalandırılmalıdır. Belə bir tələb yüzlərlə vətəndaşın isəyidir. İnstitutun əməkdaşları AMEA-dakı milyonlarla manatlıq maxinasiyalarla bağlı, başqa faktların da olduğunu bildirirlər. Odur ki, həm onları ictimailəşdirəcəklərini, həm də bu mənimsəmələrlə bağlı prezidentə müraciət edəcəklərini də vurğulayırlar. Qaldı ki Kamal Abdullayevə, o da, öz işi ilə məşğul olsa daha yaxşı olar. İnstitutda əmələ gəlmiş son qanunsuzluqlar, Kamal Abdullanın Humanitar Elmlər bölməsinə büro üzvü seçilməsindən sonra daha geniş vüsət almışdır. Əslində qarşı tərəf abrına kor olub yerində oturmalıdır. Bunu bütün elmi ictimaiyyət, kütləvi informasiya vasitələrində işıq üzü görən məqalələrin müəllifləri tələb edirlər. Hələ bir müddət bundan əvvəl Məhəbbət Mirzəyevanın institutdakı xoşagəlməz hərəkətləri barədə, Kamal Abdulla ilə direktor arasında müəyyən söz-söhbətin olması barədə məlumatlar da yayılmışdır. Söhbət əsnasında dövlət müşavirinin “Məhəbbəti işdən azad etsəniz, o halda institut dağılacaq. Nə edirsinizsə edin, mənim adım belə bir işlərdə heç vaxt hallanmasın” deyə bərk-bərk tapşırıqlarını da verir. “Cidanı çuvalda saxlamaq olmaz, yer də qulaqlıdır” deyib atalar.

Odur ki, ... Biz akademik Tofiq Hacıyevin məzuniyyətdə olduğu bir vaxtda, onun işdən azad olunması barədə ərizəsinin alınmasını, başqa bir hadisə ilə eyniləşdiririk. Yəni, vaxtilə səhiyyə naziri olan Əli İnsanov da, Eksperimental Cərrahiyyə İnstitunun direktoru akademik Böyükkişi Ağayevi, daşıdığı vəzifəsindən azad etmişdi. Bu xəbər ildırım sürətilə bütün şəhərə yayıldı və hakimiyyət başında olan ulu öndər, məhrum prezidentimiz Heydər Əliyev hadisəni eşidən kimi dərhal müdaxilə etmiş və akademikin təcili vəzifəsinə qaytarılmasını da təmin etmişdir. Akademik B.Ağayev bu gün də həmin səhiyyə ocağında direktor vəzifəsində çalışmaqdadır. Bax budur reallıq, həqiqətin görünən tərəfi.






20 Avqust, 2015  13:30 Baxılıb: 1742 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner