Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Deputatlar Arif Hacılını zaminə götürmək istəyir

Mayın 17-də Müsavat Partiyasının qərargahında 2 aprel aksiyasında həbs edilənlərin Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirib. 

Simsar.az-ın məlumatına görə, konfransda çıxış edən komitənin sədri Vidadi Mirkamal həbslərin siyasi xarakterli olduğunu və tutulan şəxslərin dərhal azadlığa buraxılmalarını tələb etdiklərini deyib.

Komitə hökumətə müraciət hazırlayıb. Müraciətdə 2 aprellə bağlı başlanmış istintaqın yekunlaşdırılması və tutulanların azad edilməsi tələbi qoyulub.

Konfransa iştirak edən İctimai Palatanın katibi Gülağa Aslanlının verdiyi məlumata görə, bundan əlavə, iki millət vəkili Müsavat Mərkəzi Aparatının rəhbəri Arif Hacılının zaminə buraxılması üçün aidiyyatlı qurumlara müraciət ediblər. O bildirib ki, həmin deputatlar Ümid Partiyasının sədri İqbal Ağazadə və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdır.






18 May, 2011  17:56 Baxılıb: 1278 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner