Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ramiz Əzizbəylinin doğum günüdü

Azərbaycanın teatr və kino aktyoru, rejissor, xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür.

Simsar.az xəbər verir ki, sənətkarın 67 yaşı tamam olur.

Doğum gününü evində, dostlarının əhatəsində qeyd edən Ramiz Əzizbəyli "Report"a açıqlamasında səhhətinin normal olduğunu bildirib: "Bu dəqiqə kefim əladır. Dostlarım yanımdadır. Məni xüsusi sevindirən Cahangir Novruzovun yanıma gəlməsidir. Məni təbrik etməyə, halımı soruşmağa gəlib. Belə gözəl dostların yanında necə pis olmaq olar? Səhərdən telefon susmur. Ad günümlə bağlı məni təbrik edənlər çoxdur. Təbrik edənlərin hamısına təşəkkür edirəm".

Xatırladaq ki, Ramiz Əzibəyli 1948-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. M.A.Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. O, 1987-ci ildə "Debüt" studiyasının çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivalda müvəffəqiyyətlə iştirak edib, Kiyev şəhərində keçirilən Ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb.

R.Əzizbəyli 1991-ci ildə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və Azərbaycanın yeni tarixində çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb.






20 İyul, 2015  13:30 Baxılıb: 1031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner