Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bağlanan bank əmanətçilərinə kompensasiya odəməyəcək

Simsar.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasının ləğv edilməsi ilə əlaqədar bankın əmanətçilərinə kompensasiya ödəməyə hazırlaşmır. Bunu icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, "Azərbaycan Kredit Bankı"nın bağlanması sığorta hadisəsi deyil, bu, məcburi ləğv etmədir: "Buna görə də ADIF bankın əmanətçilərinə kompensasiya ödəməyəcək".

Azad Cavadov - ADIF-in icraçı direktoru Azad Cavadov

A.Cavadov qeyd edib ki, əgər bank ləğv olunarsa və ya o, əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, Fond əhalinin əmanətlərini kompensasiya edir.

Bununla belə, ADIF-ın icraçı direktoru qeyd edib ki, "Azərbaycan Kredit Bankı"nın əmanətçilərə vəsaitlərini qaytarmaq üçün kifayət qədər vəsaiti var: "Bu bankda əmanətlərin həcmi təqribən 3,4 milyon manatdır. Bu, o qədər də böyük məbləğ deyil ki, vəsaitlərin qaytarılması ilə bağlı problem olsun".

O, diqqətə çatdırıb ki, bankda sığortalanmış əmanətlərin həcmi təqribən 1,4 milyon manat təşkil edir: "Fond yalnız bankın müflis olacağı təqdirdə həmin əmanətləri kompensasiya edə bilər".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı iyulun 16-da "Azərbaycan Kredit Bankı" ASC-nin lisenziyasını geri çağırıb.






19 İyul, 2015  11:54 Baxılıb: 1069 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner