Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qüdrət Həsənquliyevlə Rauf Arifoğlu arasındakı “oyun” 2:1 hesabla bitdi

Q. Həsənquliyev dedi, R.Arifoğlu qarğışla cavab verdi, arxasınca qarğış eşidən şəxs yenə hücum etdi 

Milli Məclisin son iclasında millət vəkili Qüdrət Həsənquliyev İctimai Palatanı məzəmmət edən fikirlər səsləndirib: “Həbsdə olan gəncləri mitinqə çağıran İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Yessentukidə dincəlirlər. Amma həbsdə olan gənclərin valideynlərinin övladlarının yanına getmək imkanları yoxdur. İnanmıram ki, bundan sonra kimsə İctimai Palatanın çağırışı ilə küçəyə çıxsın”. 

İctimai Palatanın Koordinasiya Şurasının üzvləri Pənah Hüseyn, Rauf Arifoğlu və İkram İsrafil hazırda Yessentuki kurort şəhərindədirlər.

R.Arifoğlu Yesentukidən deputatın cavabına mental dədyrlərimizə söykənən cavab göndərib: “Biz bura müalicəyə gəlmişik. Həsəd aparanın, yaxud bu halımızdan bizə qarşı istifadə edənin başına gəlsin”.

Gözlənilirdi ki, qarşılıqlı qarğış şəklini alan söz atışmasıtərəflərin mövqe sərgiləməsindən sonra 1:1 hesabı ilə başa çatacaq. Amma belə olmadı BAXCP sədri, deputat Q.Həsənquliyev yenə sözünü deyib:

“Rauf bəyin səhhətində problem varsa, Allahdan şəfa diləyirəm. Yessentukiyə böyük məmnuniyyətlə gedərdim. Açıqlamamda hər hansı çirkinlik və təhqir görmürəm. Fikirlərimdə hər kəsi, xüsusilə də gəncləri düşündürməli olan və hər kəsə bəlli kiçik bir fakt yer alıb - Uşaqlar həbsdədir, onlar isə kurortda. Tənqidlərimə nifrətlə yox, soyuq başla yanaşsalar, onlara çox böyük faydası olar”.

Anar İsaoğlu






18 May, 2011  15:55 Baxılıb: 1058 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner