Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Məşhur ulduzlar prodüser Tolikin ad gününü möhtəşəm etdilər – FOTOLAR

Simsar.az xəbər verir ki, 6 iyunda Azərbaycanın əsas prodüseri, daha çox Mr.Tolik təxəllüsü ilə tanınan Tarix Əliyev növbəti doğum gününü qeyd edəcək. Prodüserə əziz olan əkizlər, Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları Sevil-Sevinc bacıları bu xoş günə biganə qalmamaqdan ötrü bir gün öncədən, daha dəqiqi bu səhər Tolikin özəl bayramını canlı yayımda qeyd ediblər.

Sürprizlərdən bol olan iki saat ərzində səbəbkarı birgə çalışdığı məşhur ulduzlar - xalq artisti, pop diva Aygün Kazımova, Elton Hüseynəliyev və yaxın dostu Rəhim Rəhimli təbrikə gəliblər.

Aygün xanımın qəfil gəlişi isə Tolikin kövrəlməsi ilə nəticələnib. R.Rəhimli sevimli ulduzun gələcəyini bilsə də prodüserə sürpriz olsun deyə bu məqamı gizli saxlayıb.

Olduqca möhtəşəm keçən verilişdən sonra Tarix Əliyev təəssüratlarını oxucularımızla bölüşdü: “Mən Allahıma çox bağlı olan insanam. Allahın mənə yaşatdığı hər gün üçün şükr edirəm. 12 illik prodüserlik fəaliyyətim boyunca çalışmışam ki, maraqlı layihələr ərsəyə gətirim. Allaha həm də ona görə şükr edirəm ki, 10 minlərlə tanımadığım insanın sevgisi ilə əhatə olunmuşam.

İnstagram fotoservisində hər gün səhifəmdə etdiyim paylaşımların altında xoş sözlər yazıb məni pozitiv enerji ilə yükləyən hər bir izləyicimə təşəkkür edirəm. Bu səhər baş tutan ad günü sürprizinə görə isə Xəzər TV-nin rəhbərliyi olmaqla telekanalın bütün əməkdaşlarına, o cümlədən dostlarım olan əkiz bacılara təşəkkür edirəm.

Var olsun dostlarım, biləndə ki, sabah ad günümü iş başında keçirəcəyəm, buna görə bir gün öncədən mənim üçün yaddaqalan veriliş hazırladılar. Aygün xanıma, Elton və Rəhimə də ürəkdən təşəkkür edirəm. Yaxşı ki, həyatımda belə təmənnasız dostlarım var”.

Tolik onu da əlavə etdi ki, 9 iyunda say-seçmə dostlarının əhatəsində ad gününü şəhər restoranlarının birində keçirəcək.

Maraqlı olacağını prodüserin sənət fəaliyyətini əks etdirən ən vacib məqamları diqqətinizə çatdırırıq.

Azərbaycan şou-biznesinin yaxın keçmişində cərəyan edən hadisələri analiz etsək açıq-aşkar görərik ki, bu illər ərzində ən çalışqan prodüser elə Tolikin özü olub.

Mütəmadi olaraq xeyriyyə aksiyalarının təşkili, xarici ölkələrdə Azərbaycan diasporunun dəstəyi ilə keçirilmiş tədbirlər, cəbhə bölgələrimizdə torpaqlarımızı düşmənimizdən qoruyan əsgərlər üçün əksər ulduzlarımızın çıxışlar etməsi Tolikin adı ilə bağlıdır.

Onun təşəbbüsü ilə bir neçə ağır xəstəlikdən əziyyət çəkən uşaq həm Bakıda, həm də xaricdə yerləşən klinikalarda öz sağlamlığına qovuşublar. Sevimli prodüserin daha bir uğuru ATV telekanalında yayımlanmış “Kimdir nömrə 1” layihəsində teleaparıcılar Cavid Gül və Afaq Gəncəli ilə birlikdə ekspert kimi çıxış etməsi oldu.

Tolikin sözü üzə demək bacarığı tamaşaçılar tərəfindən boşuna sevilmədiyini bir daha təsdiq edir.

Onun ilk çalışdığı müğənni Röya Ayxan olsa da hazırda o, Aygün Kazımova və Elton Hüseynəliyevlə işbirliyini davam etdirir. Eltonun həmkarı Sevda Yahyayeva ilə birlikdə Heydər Əliyev Sarayının səhnəsində baş tutmuş konsertinin təşkilatçısı da Tolik oldu.

Uğurlu layihələrin müəllifi kimi, ən çox “Qrand” mükafatı qazanmış prodüser də məhz odur. Tolik dəfələrlə Gəncə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə keçirilmiş xalq konsertlərinə təşkilatçılıq edib. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan prodüser, partiyanın gənclər təşkilatnın mühüm tədbirlərində fəal iştirakına görə Fəxri Fərmanlarla təltif olunub.

Şahin Cavadsoy
Simsar.Az

 

 

 

 






5 İyun, 2015  22:51 Baxılıb: 4861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner