Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Zakir Qaralovdan korrupsiyaya qarşı fərqli mübarizə

Baş prokuror qruplar yaratdı

Martın 3-dən yaradılmış "161" nömrəli "Qaynar xətt"in fəaliyyəti davam edir. Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən xəbərə görə, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində vətəndaşların müraciətlərinin qəbulu işinin təkmilləşdirilməsi üçün zəruri işlər davam etdirilərək, korrupsiya hüquqpozmaları barədə vətəndaşların müraciətlərinin qəbul edilməsi və operativ baxılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılmış və 3 martda tarixdən fəaliyyətə başlayıb. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 12 mayda Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb.

Korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqının çoxsaylı istiqamətlər üzrə aparılması, müxtəlif peşə sahələri ilə əlaqədar icraatda olan ilkin araşdırma materialları, həmçinin cinayət işləri üzrə prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyələr verilməsi və bu sahədə yoxlamalar aparılması, eləcə də rəy tərtib edilməsi məqsədi ilə idarədə şöbə səlahiyyətli Mütəxəssislər qrupu yaradılıb.

Prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin, həmçinin korrupsiya hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və açılması, həmçinin cinayət işinin başlanmasını və istintaqın aparılmasını təmin etmək, idarədə iş yerlərinin və orada yerləşən texniki vasitələrin məlumat sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması və onların zərərsizləşdirilməsi məqsədi ilə tədbirlərin görülməsi və müasir şəraitdə digər fəaliyyət istiqamətlərinə uyğun olaraq idarənin Daxili təhqiqatlar şöbəsi ləğv edilərək onun bazasında Daxili Təhlükəsizlik Xidməti təsis edilib.

Qeyd olunanlara əsasən idarənin təcrübəli kadrlarla daha da gücləndirilməsi məqsədi ilə rəhbər heyət və digər təsnifatlar üzrə təyinatlar aparılmış, rotasiya qaydasında müvafiq dəyişikliklər həyata keçirilib.






18 May, 2011  15:38 Baxılıb: 1183 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner