Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəbhədə əsgərlərlə görüş keçirilib - Tovuzda

Tədbirdə“ Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri,  millət vəkili  Qənirə Paşayeva,  Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşı, "Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Nəcəfoğlu, Gəncliyə Yardım Fondunun nümayəndəsi Şamil Əliyev, Qarabağ müharibəsi veteranları,ziyalılar iştirak ediblər.Əvvəlcə hərbi hissə rəhbərliyi tərəfindən Müdafiə nazirinin və korpus komandirinin hərbi heyətə və əsgərlərə təbrik məktubu oxundu. Simsar.Az xəbər verir ki, tədbirdə  çıxış edən millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu”  İctimai  Birliyinin rəhbəri  Qənirə  Paşayeva ön cəbhədə əsgərlərimizlə, hərbçilərmizlə bir arada olmaqdan və bu gözəl bayramı bərabər keçirməkdən öz məmnunluğunu ifadə edib. Ali Baş Komandan cənab İlham Əliyevin 28 May Respublika Günü ilə bağlı çıxışında torpaqlarımızın qeyd-şərtsiz qaytarılacağı ilə bağlı mesajına toxunan millət vəkili Qənirə Paşayeva “ Arzu edirəm ki, gələn bu cür tədbirlərimizi, bayramlarımızı  Ali Baş komandan, prezident cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan  azad edəcəyimiz  Dağlıq Qarabağımızda , Xankəndində,  Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”, - deyib.
Azərbaycan və Türkiyənin  "bir millət iki dövlət"  olduğunu  və  hərbi hissədə Azərbaycan əsgər və  hərbçiləri  ilə birlikdə  28 May Respublika Gününü keçirməkdən məmnun olduğunu  deyən Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının  rəsmisi  İlham İşbaşı İzmitdə, təmsil etdiyi qurumun təşəbbüsü ilə  Kocaelidə(İzmit) bu ilin fevralında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə abidənin ucaldıldığını və parklardan birinə cənab Prezident İlham Əliyevin adının verildiyini diqqətə çatdırdı.  Tədbirdə çıxış edən Xocalı Soyqırımını Tanıtma" İB-nin sədri Şamil Nəcəfoğlu, Gəncliyə Yardım Fondunun nümayəndəsi Salman Əliyev, Qarabağ müharibəsi veteranları, ziyalılar bütün əsgərləri və zabitləri 28 May Respublika Günü münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.   Sonra millət vəkili Qənirə Paşayeva və qonaqlar  hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər, hədiyyələrlə bərabər əsgər və zabitlərə millət vəkili özünün müəllifi olduğu kitabları da hədiyyə edib. Eyni zamanda hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə Müdafiə nazirliyi adından fəxri fərmanlar da təqdim olunub.  Millət vəkili Qənirə Paşayeva Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşıya Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə edib və bildirib ki, "bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun bir əsgəri kimi hiss edəcəksiniz." Azərbaycan əsgərinin formasını geyinən Azərbaycan-Türkiyə Dərnəkləri Federasiyasının rəsmisi İlham İşbaşı "bu həyatımda aldığım ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayam və bundan qürur duyuram", - dedi. Sonra tədbir Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.






29 May, 2015  14:20 Baxılıb: 1155 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner