Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanlı rəssamın Nyu-Yorkda sərgisi olacaq - Foto

Mayın 28-də Nyu-York şəhərində Leila Heller Qalereyasında azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Yan keçərkən...” ("Passing By…") adlanan ilk fərdi sərgisi açılacaq. Simsar.az xəbər verir ki, ekspozisiya  iyulun 3-dək davam edəcək.

“Yan keçərkən...” ("Passing By…") sərgisində A. Mahmudovanın artıq tanınmış əsərləri ilə yanaşı, Azərbaycanın təbiət və memarlığından ilhamlanaraq yaradılmış səkkiz yeni rəsm əsəri də təqdim ediləcək. Bu rəsm silsiləsində Mahmudova anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitini və memarlığını görməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi qalıqlarının yanında parlaq yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Aida Mahmudova, əksinə, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə tikililərə cəlb edir.

Qeyd edək ki, A. Mahmudovanın əsərləri Bakı ilə yanaşı, dünyanın bir çox ölkələrində geniş şəkildə sərgilənir. Onun dəniz mənzərələri VITA VITALE qrup sərgisinin bir hissəsi kimi 56-cı Venesiya Biennalesində təqdim olunub. Rəssamın heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, əsərləri dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Rəssamın "Recycled" kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir.

Ümidə

 






26 May, 2015  20:29 Baxılıb: 1102 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner