Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İnformasiya Texnologiyaları Nazirliyi kənd həyatını hədəf götürüb

“İKT ilə kənd yerlərində daha yaxşı həyatdır”

Tədbirdə dövlət sektorunun, qeyri-hökumət təşkilatların nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlərin prezidentləri və rəhbərləri, eləcədə KİV nümayəndələri iştirak ediblər. 

Mərasimin açılışında giriş sözü ilə çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirakçılara Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun salamlarını və təbriklərini çatdırıb və 17 mayın informasiya texnologiyaları ilə əlaqəli olan hər bir şəxsin bayramı olduğunu deyib. “Hər il, may ayının 17-də, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi müraciətlə çıxış edir. Bu müraciətdə cari ildə bütün informasiya cəmiyyətinin diqqəti hansı problemə və hansı məsələyə yönəldiləcəyi bəyan olunur. Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusu “İKT ilə kənd yerlərində daha yaxşı həyatdır”, - deyə nazir mavini bildirib.

İKT-nin ölkənin, xüsusən də kənd və ucqar regionların inkişafında əhəmiyyətli rolundan danışan İltimas Məmmədov Azərbaycanda regionların inkişafına hər zaman xüsusi diqqət yetirildiyini və bu məsələnin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim şəxsi nəzarəti altında olduğunu vurğulayıb. Nazir müavini qeyd edib ki, ölkədə regionların, o cümlədən respublikanın telekommunikasiya infrastrukturunun inkişafına dair qəbul olunmuş dövlət proqramları bu diqqət və qayğının bariz nümunəsidir. Azərbaycan hökuməti son illər ərzində informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarını daim planlı şəkildə inkişaf etdirir və genişləndirir və bu işdə regionlara xüsusi diqqət ayrılır.

Nazir müavini respublikanın bütün rayonlarında telefon şəbəkəsinin tam elektronlaşdırıldığını xüsusi vurğulayıb və əlavə edib ki, ənənəvi kommunikasiya vasitələrindən başqa Azərbaycanda peyk rabitəsinin də inkişafı istiqamətində işlərə başlanılıb. Və 2012-ci ilin sonunda Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılmasından sonra İKT-nin həm şəhər, həm kənd yerlərində istifadəsi üçün yeni imkanlar yaranacaq.

İltimas Məmmədov həmçinin informasiya-kommunikasiya texnologiyalarının qlobal baxımdan da insanların həyatlarında vacib rol oynadığını vurğulayaraq, bu ildə Yaponiyada baş vermiş təbii fəlakət və ərəb ölkələrindəki hadisələri xatırladıb və kommunikasiya texnologiyalarının informasiyanın dünya ictimaiyyətinə çatdırılması üçün nə dərəcədə kömək etdiyini qeyd edib.

Sonda nazir müavini son illər ərzində Azərbaycanın telekommunikasiya platformasının inkişafına həsr edilmiş qısa təqdimat nümayiş etdirib.

Bundan sonra tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanmış yeni ICTnews.az informasiya resursunun təqdimatı olub. Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərən yeni elektron resurs ictimaiyyətin dünyanın və Azərbaycanın İKT xəbərləri haqqında məlumatlandırılması məqsədilə yaradılıb.
Həmçinin tədbir iştirakçıları Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibəti ilə video-müraciətinə baxıblar.
Daha sonra çıxış edən iştirakçılar bugünkü bayram münasibətilə təbriklərini diləyib və öz çıxışlarında İKT-ni Yer Kürəsində daha yaxşı həyatın təmin olunması baxımdan ən vacib vasitələrdən biri olduğunu söyləyiblər.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illiyi və Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Olimpiadanın təşkilatçıları qismində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu çıxış ediblər.
Qaliblərə fəxri diplomlar və dəyərli hədiyyələr təqdim olunub.

Təntənəli mərasimin sonunda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə hazırlanmış “Azərbaycanda informatikanın təşəkkülü” adlı kitabın təqdimatı keçirilib. Azərbaycanda informatika sahəsinin yaranmasının 50 illiyinə həsr olunmuş kitabda bu sahənin yaranması və inkişafının mərhələləri işıqlandırılır.

2006-cı ilin mart ayının 26-da BMT Baş Assambleyası 17 may tarixini Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü elan edən qətnamə qəbul etmişdir. Bayramın tarixi 17 may 1865-ci ildə sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlanan Beynəlxalq Teleqraf İttifaqının yaradılması günü ilə bağlıdır.
17 may tarixinin qeyd olunmasının əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar barədə məlumat səviyyəsinin artırılmasına kömək etməkdən ibarətdir.

Bu il Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü 2009-cu ildə BTİ Şurası tərəfindən qəbul edilmiş və ötən ilin “Daha yaxşı şəhərlər, daha yaxşı həyat İKT ilə” mövzusunun inkişafının davamı sayılan “Kənd yerlərində İKT ilə daha yaxşı həyat” şüarı altında qeyd olunur.

Builki mövzu kənd əhalisinin gələcəyini yaxşılaşdırmaq üçün İKT imkanlarından istifadə məqsədinə xidmət edir.

Simsar.az-ın  məlumatına görə, tədbirdə Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov www.iktnews.az internet saytını təqdim edib. Saytın fəaliyyəti ilə bağlı geniş təqdimatla çıxış edib. Nazirlik rəsmisi saytda informasiya texnologiyaları haqqında, o cümlədən poçt sistemində dünyada və Azərbaycanda baş verən yeniliklərlə bağlı məlumatların olduğunu bildirib. M.Əmirov 2012-ci ildə Azərbaycanda rəqəmsal televiziyanın tam tətbiqinin nəzərdə tutulduğunu da bildirib.






17 May, 2011  21:30 Baxılıb: 1313 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner