Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Öldürülən polis, öldürən polisin qohumu olub

Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev polis kapitanının törətdiyi qətl hadisəsinə münasibət bildirib. 

R. Musayev APA-ya hadisəni təfərrüatlarını açıqlayıb. R. Musayevin bildirdiyinə görə, hadisə polis serjantı Mehdi Həsənova məxsus “Mitsubishi” markalı maşında qeydə alınıb: “Onlar kirvədir. Bir yerdə nahar etməyə gediblər. Geri qayıdanda aralarında mübahisə düşüb. Nəticədə polis kapitanı İnqilab Sadıqov Mehdi Həsənova bıçaqla xəsarət yetirib. İnqilab hadisəni törətdikdən sonra polisə məlumat versə də, artıq gec olub. Mehdi Həsənov çoxlu qan itirdiyindən dünyasını dəyişib”. R. Musayev hadisəni törədən İ. Sadıqovun artıq həbs edildiyini qeyd edib: “İnqilab artıq istintaqa təhvil verilib. Tərəfimizdən dindirilərkən İnqilab qeyd edib ki, əsəbiləşib və Mehdini vurub. O, çox peşman olduğunu da bildirdi”.


Qeyd edək ki, Kəpəz Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis kapitanı İnqilab Sadıqov münaqişə zəminində onunla birgə xidmətdə olan qohumu, polis serjantı Mehdi Həsənovu qətlə yetirib.

Faktla bağlı Gəncə şəhər prokurorluğu tərəfindən cinayət işi qaldırılıb, istintaq aparılır.






17 May, 2011  20:54 Baxılıb: 1762 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner