Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda avropalı qonaqlar üçün YENİLİKLƏR

Avropa Oyunları üçün Azərbaycana gələcək qonaqlar üçün xüsusi marşrut hazırlanıb

Bakıda keçiriləcək Birinci Avropa Oyunları günlərində Bakıda fəaliyyət göstərən bütün tarix - mədəniyyət qoruqları və muzeylər gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bunu Simsar.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib. O, bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan tarix və mədəniyyət qoruqları və muzeylərin iş saatları gecə 00:00-dək uzadılıb. Oyunlar ərəfəsi,  oyunlar zamanı  və sonra Azərbaycana gələn nümayəndə heyəti, idmançı, turist və xarici KİV nümayəndələri, bir sözlə, Azərbaycan mədəniyyəti ilə tanış olmaq istəyən hər kəs rahat şəkildə muzeylər, tarix və mədəniyyət abidələrinə gedib ziyarət edə biləcəklər: “Birinci Avropa Oyunları ilə bağlı ölkəmizə gələn turistlər, idmançılar, xarici qonaqlar  və media nümayəndələrinə Azərbaycanın milli irsi, incəsənəti, mədəniyyəti, tarixi və turizm imkanlarını tanıtmaq bizim üçün vacibdir. Buna görə də, oyun günlərində hər bir muzey, tarix və mədəniyyət qoruğunda yeni ekspozisiyalar, yeni layihələr və sərgilər təşkil ediləcək. Buna artıq start verilib. Ötən gün Atəşgar Tarix-Memarlıq Qoruğu Muzeyinin yeni ekspozisiyası ictimaiyyətə təqdim olundu. Turistlər üçün nəzərdə tutulan ekspozisiya çox maraqlı hazırlanıb. Ölkəyə gələn turistlər mütləq qaydada Atəşgah Qoruğunu ziyarət edir”.

Bir neçə gün bundan əvvəl Xalça muzeyində təşkil edilən “Nikolya Şokolad” sərgisi də məhz Avropa Oyunlarına həsr edilib. Bu unikal sərgi hazırda da yerli və xarici vətəndaşların böyük marağına səbəb olur. Sərgi oyunlar bitənədək davam edəcək. V.Şıxəmmədov bu qeyri-adinin srəginin ölkəmizə gələn turistlər üçün maraqlı olacağına əmindir.

Nazirliyin şöbə müdiri  Bakı şəhərində Mədəniyyət və Turzim Nazirliyin strukturunda olan muzeylərin əksəriyyəti son illər təmir-bərpa edilməsini Avropa Oyunları ərəfəsində bir avantaj olduğunu əlavə etdi. Onun sözlərinə görə, paytaxtda olan  bütün muzeylər turistləri qəbul etmək üçün yaxşı vəziyyətdədir: “ . Ölkə başçısının müvafiq sərəncamı ilə Xalça Muzeyinin yeni binası tikilib istifadəyə verilib. İncəsənət Muzeyinin  ilk mərhələdə artıq təmir-bərpa işləri yekunlaşıb”.

Tursitlər hansı bölgələrə gedə biləcəklər?

V.Şıxəmmədov əlavə etdi ki, ölkəmizə gələn və bir neçə gün qalmaq istəyən  turistlər istər Bakı, istərsə də bölgələrə səfər edə və istədikləri ünvana rahat çatmaq üçün şərait yaradılacaq. Nazirlik yeni tur marşrutların hazırlanması  üçün həm Azərbaycan Turizm Assosiasiyası, həm də turizm şirkətlərinə yeni marşrutlar hazırlasınlar müəyyən tövsiyyə və tapşırıqlar verilib: “Turizm şirkətləri tərəfindən  Bakı daxili, Abşeron yarmadasıvə Bakıya yaxın rayonlar üçün bir neçə istiqamətə turizm marşrutları hazırlanıb. Bu Bakı-Şimal istiqamətində - Quba, Qusar, Xaçmaz, Cənub istiqamətində - Masallı, Lənkəran, Lerik, Şimal-Qərb istiqamətində - Şamaxı, İsmayıllı, Qəbələ, Şəki marşruralrı hazırlanıb və təsdiq olunub. Düşünürük ki, turistlər bir neçə gün qalacaqları təqdirdə sadaladığmız marşrutlardan istifadə edə bilər və burda da yenə çpxsaylı istər şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Quba, Qusar, Xaçmaz, Lənkəran və başqa bölgələrdə olan həm tarixi və mədəniyyət qoruqları, həm muzeylər qeyd olunan turizm marşrutlarının tərkibindədir”.

Nazirlik rəsmisi bölgələrdəki muzey, tarixi-mədəniyyət obyektlərinin də turistləri qəbul etməyə hazır olduğunu vurğuladı: “ Söhbət təkcə Avropa Oyunlarından getmir. Ümumiyyətlə adlarını çəkdiyimiz bütün istiqamətlər üzrə il ərzində çoxsaylı turistlər gəlir. Və turistlər üçün təklif olunan turizm marşrutlar üzrə qeyd etdiyim rayon və şəhərlərdə həm tarixi-mədəniyyət qoruqları, həm muzeylər fəaliyyət göstərir və turistlər üçün maraq kəsb edən biləcək turizm obyektləridir”.

Ümidə






25 May, 2015  17:29 Baxılıb: 1282 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner