Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Yağış” - TƏQDİMAT

Gənc yazar, şərqşünas, tərcüməçi Əli Rzazadənin növbəti kitabı işıq üzü görüb. Milli-mənəvi dəyərlərdən bəhs edən roman “Yağış” adlanır. Romanda söhbət həqiqət axtarışında olan bir gəncin başına gələn maraqlı, mistik hadisələrdən bəhs olunur.

Ə.Rzazadə qeyd edib ki, “Yağış” romanı artıq 25 may tarixindən kitab dükanlarında satışda olacaq. Onun sözlərinə görə, roman Azərbaycanın bir sıra ali təhsil ocaqlarının kitabxanalarına da təqdim olunacaq. Kitabın satışından əldə olunan gəlir isə xeyriyyə bir iş üçün sərfə olunacaq: “ Kitab ilk öncə Sumqayıt Dövlət Universitetinin, daha sonra Bakı Dövlət Universiteti və digər ali təhsil ocaqlarının kitabxanalarına təqdim olunacaq. Kitabın satışından əldə olunan gəlir isə bir xəstə uşağın müalicəsinin xərclərinə sərf olunacaq”.

Ə.Rzazadənin sözlərinə görə, romana birmənalı olaraq dini roman demək olmaz. Çünki orada həm dini, həm də vətənpərvərlik mövzusuna toxunulub. Bundan əlavə, əsərdə dini fikirlərə münasibət bildirilib. Bu səbəbdən kitaba dini kitab adı vermək olmaz: “Mən ümumiyyətlə şablon mövzulardan uzağam. Əgər bir mövzu dəfələrlə işlənibsə, daha ehtiyyac yoxdur ki, o mövzunu bir dəfə də sən qabardasan. Ona görə, aktual bir mövzu seçib üzərində işləmək lazımdır. Hansı ki, o mövzuya bu gün ehtiyac var”.

Qeyd edək ki, “Yağış”  romanı müəllifin ilk əsəri deyil. Bundan öncə Əli Rzazadənin “Nurdan zərrələr” - Qurani Kərimdə qadın obrazları əsəri də çap olunub. Yazarın daha bir kitabı “Xocalıya Ədalət (əl-ədalət li Xocalı)” ərəb dilində çap edilib. Xocalı faciəsi həqiqətlərindən bəhs edən kitab ərəb ölkələrinə yayılıb. Xocalıya ədalət kitabı Misirin, Sudanın bir neçə ali təhsil müəssisələri kitabxanalarında yer alıb.

 

 

 

 






25 May, 2015  14:17 Baxılıb: 774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner