Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Razılaşma olmadan təzminat ödənilməyəcək - Şöbə rəisi

Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı İlham Əliyev Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamışdı.

Sərəncama əsasən hadisənin baş verməsi səbəblərini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməli, zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmalı, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini , yanğında təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirləri  həyata keçirilməlidir.

Dövlət  başçısının qərarı ilə yanğında  ölən şəxslərin ailəsinə 15 min , xəsarət alanlara 5 min , mənzil sahiblərinə isə birdəfəlik 20 min manat təzminat verilməsi nəzərdə tutulur.

Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, yanan binada yaşayan 57 ailədən 31-i artıq nəzərdə tutulan 20000 manatı alıb. Binada kirayə yaşayan 8 ailədən 3-nə nəzərdə tutulmuş kompensasiya  ödənilib.

Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin rəisi Zülfəli İsmayılov bildirib ki, binada kirayə qalan sakinlərlə ev sahibləri arasında qarşılıqlı razılaşma olmadan nəzərdə tutulan kompensasiya ödənilməyəcək: “Nəzərdə tutulan kompensasiya mənzil sahiblərinin hesabına köçürülür.  Kirayə qalan ailə ilə mənzil sahibi arasında heç bir icarə müqaviləsi yoxdur ki, kirayə qalan şəxsin ora hansı əşyanı gətirdiyi sübut olunsun. Rəhbərliyin qərarı ilə bu məsələ kirayəşinlə ev sahibi arasında razılaşma əsasında həll olunmalıdır.  Razılıq olandan sonra icazə veriləcək ki, ev sahibi pulu bankdan götürsün. Ev sahibinin kirayə sakinə nə qədər pul verəcəyi öz işidir. Öz insaflarına qalıb” .

Z .İsmayılovun sözlərinə görə, vəsait yalnız mənzil sahiblərinə ayrılıb: “Mənzil təmir olunub verildikdən sonra da mənzil sahibi olduğu üçün əlavə 20 min veriləcək. Sonda narazılıq yaranacaqsa, bu məsələ məhkəmə müstəvisində həll olunacaq. Ev sahibi  kirayəşinə sakinə etibarnamə verəcəksə,  kirayəçi pulu götürə bilər. Razılaşma olmayacaqsa,  məhkəmə qərarına uyğun olaraq bu məsələ bağlanacaq”.

Şöbə rəisi xəsarət alanlar üçün ayrılan 5 min manat təzminat məsələsinə də toxunub O bildirib ki, yalnız həmin şəxslərin xəsarət alması ilə bağlı  Səhiyyə Nazirliyi və Baş prokurorluq tərəfindən arayış aldıqdan sonra onlara nəzərdə tutulan 5 min manat təzminat ödəniləcək.

İcra nümayəndəsi binanın təmirinin 5-6 ay müddətində bitəcəyini də  nəzərə çatdırıb






25 May, 2015  13:52 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner