Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Xocalı Soyqırımı ilə bağlı səylərimizi artırmalıyıq – Qənirə Paşayeva

“Türkiyə KİV-ləri Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin yayılmasında, qondarma erməni soyqırımı yalanlarına qarşı  mübarizədə  daha fəal olmalıdır”. Simsar.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Türkiyənin bir sıra  televiziya kanalarına müsahibə verərkən deyib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyətlə bağlı danışan millət vəkili deyib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransa münaqişənin həll edilməsi üçün təəssüf ki, heç bir addım atmırlar. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması missiyasını daşıyan ATƏT MQ həmsədrlərinin Ermənistana işğala son qoyması üçün heç bir təzyiq göstərməməsi Ermənistanın bölgədə daha da həddini aşmasına və vəziyyəti daha da gərginləşdirən təxribatları davam etdirməsinə səbəb olur. Millət vəkili Ermənistanın neçə aylardır girov saxladığı azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevdən də danışıb və jurnalistlərin suallarını cavablandırıb. Azərbaycan həqiqətlərinin, həm Türkiyədə insanlara, həm də bütün dünyaya yayılmasında Türkiyə KİV-lərinin də üzərinə böyük iş düşdüyünü deyən Qənirə Paşayeva Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında KİV-lərin televiziyaların, agentliklərin, qəzetlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyib və KİV-ləri bu istiqamətdə həssaslığı daha da artırmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımına qarşı mübarizədə də Türk Dünyası KİV-nin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq  jurnalistlərimiz də daxil olmaqla hər bir insanımızı qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb. Millət vəkili Qənirə Paşayeva televiziyalara müsahibələrində Azərbaycanda keçiriləcək ilk Avropa Olimpiya Oyunları barədə də danışıb. Bunun tarixi bir hadisə olduğunu deyən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu böyük yarışı keçirmək üçün hazır olduğunu deyib və jurnalistləri, o cümlədən qardaş Türkiyə insanını Avropa Olimpiya Oyunlarını izləməyə və qədim Azərbaycanı daha yaxından tanımağa dəvət edib. Millət vəkili həmçinin Türkiyədə  nəşr olunmuş kitabları ilə də bağlı jurnalistlərin suallarını cavablandırıb.






25 May, 2015  13:45 Baxılıb: 759 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner