Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Təranə Qumraldan Xatuna - Onu qınayanları heç anlamıram

“Parodiya özü bir sənətdi. Hər kəs parodiyanı nə bacara bilmir, nə də ki yarada... Ancaq bəzən məşhurlar parodiya olunana kimi yaman əl-ayağa düşürlər. Hətta onları parodiya edən şəxslərə hədə-qorxu, hərbə-zorba gəlməkdən belə çəkinmirlər”. Bunu Simsar.az-a açıqlamasında müğənni  Təranə Qumral bikdirib. O, parodiyanı çox gözəl anladığını və bunu müsbət qarşıladığını açıqlayıb: “Parodiya olunmaq ayıb deyil. Vay o adamların halına ki, bütün həyatlarını kimisə parodiya edərək yaşayırlar. Parodiyanı bütün dünya qəbul edir, sevə-sevə, gülə-gülə baxır. Axı burada mənfi nə var ki? Məni və Musanı Rafael Coşqun parodiya edib, çox da gözəl alınmışdı. Mən belə şeylərə çox normal baxıram”.
T. Qumral həmkarı Xatunun bəzi şou-biznes nümayəndələrini parodiya etməsinə də münasibət bildirib: “Xatunu mən bu yaxınlarda kəşf etdim. Çox gözəl ifaçı olmaqla yanaşı çox da gözəl parodiya edir. Bacarır, edir. Burada pis heç nə yoxdur. Xatun məni də, parodiya etsə çox gözəl olar. Nə olsun o aktrisa deyil, ifaçıdır. Fakt bacarır və çox gözəl də parodiya edir. Buna görə, onu qınayanları heç anlamıram”.

Ümidə






25 May, 2015  11:30 Baxılıb: 1075 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner