Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Macarıstanın Jobbik Partiyasının sədri ilə görüşdü

Milli Məclisin deputatı Qənirə Paşayeva  Macarıstanın Jobbik Partiyasının sədri Vona Gaborla Xocalı Soyqırımının Avropada daha geniş yayılmasından danışıb.
Simsar.az xəbər verir ki, deputat onu, Macarıstanda və Avropada  Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı həqiqətlərin daha geniş yayılmasında dəstək və səylərini artırmağa çağırıb.
Onu təkrar görməkdən və Türkiyədə keçirilmiş Türk Dünyası Forumu zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirləri Azərbaycan nümayəndə heyətinin hər zaman xatırdladığını deyən Qənirə Paşayeva Azərbaycan ilə Macarıstan arasında  bütün istiqamətlərdə əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etməsinin məmuniyyətverici olduğunu deyib. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi barədə son vəziyyət,  Ermənistanın bölgədə  bu gün də davam etdirdiyi təxribatlar  barədə Macarıstaın Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabora məlumatlar verib.
Hər zaman Qarabağ məsələsində, Xocalı Soyqırımının yayılmasında göstərdiriyi dəstəyə görə Macarıstaın Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabora təşəkkürünü bildirən xanım deputat Azərbaycan həqiqətlərinin, Qarabağ həqiqətlərinin, özəlliklə Xocalı  Soyqırımı barədə həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması istiqamətində onun və  rəhbərlik etdiyi partiyanın, hərəkatın  dəstəyini və səylərini daha da artıracağına inandığını deyib.
Qeyd edək ki, Macarıstan Parlamentində böyüklüyünə görə ikinci böyük partiyası olan Jobbik Partiyasının sədri, millət vəkili, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabor Macarıstan Parlamentində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımını rəsmi olaraq qaldıran partiya sədri və millət vəkilidir.
Azərbaycanın  haqlı davasına bundan sonra da hər zaman dəstək verəcəyini deyən Macarıstaın Jobbik Partiyasının sədri, Macarıstan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Vona Gabor bildirib ki, Azərbaycan qardaş ölkədir və onun rəhbərlik etdiyi partiya Azrbaycanla münasibətlərin bütün istiqamətlərdə daha da inkişafına böyük önəm verir.
Macarıstanda təşkil edilən Turan Qurultayında iştirakını məmnuniyyətlə xatırlayan Qənirə Paşayeva bütün Türk dövlət və xalqlarının iştirakı ilə təşkil etdiyi Turan qurultayının keçirilməsini böyük  əhəmiyyətli bir hadisə olduğunu qeyd edib və bu kimi tədbirlərin ortaq mədəniyyət, ortaq tarixin öyrənilməsi istiqamətində vacib olduğunu və Türk dövlət və xalqları arasında,  Macarıstanla Türk dövlət və toplumlarının birliyinin daha da gücləndirilməsinə  böyük töhfələr veridyini deyib. 
Biz Atillanın nəvələriyik və qardaş türk dövlət və xalqları ilə əməkdaşlıq və əlaqələrin inkişafı bizim üçün ən önəmli məsələlərin önündə gəlir deyən Vona Gabor Azərbaycanı çox sevdiyini və Azərbaycana hər  səfərindən məmnuniyyət duyduğunu,  hər iki ölkə arasında, ö cümlədən vətəndaş cəmiyyətləri  arasında əlaqələrin də daha da genişləndirilməsində maraqlı olduqlarını deyib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, həyata keçirilməsi nəzərdə tutulan yeni ortaq layihələr, ortaq tariximizin və mədəniyyətimizin öyrənilməsi, gənc nəsillərə çatdırılması, Azərbaycan həqiqətlərinin Macarıstan ictimaiyyətinin diqqətinə çatdırılması,  Macarıstan mədəniyyətinin Azərbaycanda daha geniş tanıdılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda V.Gabor xanım həmkarını Macarıstana dəvət edib, o isə öz növbəsində Vona Gaboru Azərbaycana dəvət edib.






23 May, 2015  11:39 Baxılıb: 1009 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner