Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan NATO seminarında iştirak etməyəcək

Azərbaycan gələn ayın 18-22-də Ermənistanda (İrəvanda) keçiriləcək NATO Parlament Assambleyasının növbəti “Rose-Roth” seminarında iştirakdan rəsmi olaraq imtina edib.

Simsar.az-ın məlumatına görə, bunu Milli Məclisin birinci vitse spikeri, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, artıq Azərbaycan bununla NATO PA rəhbərliyinə öz etirazını və mövqeyini bildirib: “Biz bu yaxınlarda NATO PA-nın Budapeştdə keçirilən yaz sessiyasında da bunu bildirdik və sonradan rəsmi mövqeyimizi də göndərdik. Hərçənd həmin sessiyada iştirak edən Ermənistan nümayəndə heyəti təxribat yaratmaq istəyirdi. Bildirdik ki, niyə hələ də Azərbaycana qarşı ikili standartlar tətbiq edilir, Dağlıq Qarabağ məsələsində ciddi iş görülmür, Ukrayna məsələsində NATO bir mövqe tutur amma Azərbaycanın ərazi bütövlüyünə gəldikdə tamam başqa mövqe tutur? Bildirdik ki, niyə Ukrayna məsələsində sanksiyalar ardıcıllıqla tətbiq olunur, amma Azərbaycanın ərazisini işğal edən Ermənistana qarşı hələ də sanksiya tətbiq olunmur? Biz qəti şəkildə bildirdi ki, nə vaxta qədər Ermənistana qarşı sanskiya tətbiq olunmur, nə vaxta qədər ki, Ermənistan işğalçı dövlət kimi pislənilməyib, qoşunları Azərbaycan ərazisndən çıxarılmayıb biz o tədbirdə iştirak etməyəcəyik. NATO PA sədrinə bildirmişəm ki, belə bir mühüm tədbirin işğalçı ölkədə keçirilməsi NATO PA-ya nüfuz gətirmir”.






22 May, 2015  20:20 Baxılıb: 1027 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner