Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident "The Business Year"-ə danışdı

Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub. Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək.

Simsar.az-ın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev "The Business Year" jurnalına müsahibəsində deyib.

Prezident bildirib ki, Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.

Ötən il Azərbaycan üçün xarici siyasət prioritetlərinin həyata keçirilməsi baxımından kifayət qədər uğurlu dövr olmuşdur. Ölkəmiz beynəlxalq aləmdə öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmiş, üzv və tərəfdaş olduğu təşkilatlarla, ayrı-ayrı dövlətlərlə əlaqələrini daha da dərinləşdirib. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi 6 ay müddətində Azərbaycan korrupsiya ilə mübarizəni öz fəaliyyətinin prioritet istiqaməti seçməklə yanaşı, demokratiya, insan hüquqları, təhlükəsizlik, dinlərarası dialoq məsələlərinə də geniş diqqət ayırmış, bir sıra səmərəli təşəbbüslərlə çıxış edib.

Azərbaycanın korrupsiyaya qarşı mübarizə məqsədilə həyata keçirdiyi institusional islahatlara nümunə olaraq “ASAN xidmət” mərkəzlərini göstərə bilərik. Hazırda “ASAN xidmət” mərkəzlərində 30 növ hüquqi, 32 növ funksional yardımçı xidmətlər təşkil edilib. Ümumilikdə fəaliyyətə başladığı 2012-ci il dekabrın 29-dan bu günədək “ASAN xidmət”lərə 4 milyon 120 mindən çox müraciət daxil olub. Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq vardır. Təsadüfi deyil ki, bir sıra dövlətlərin rəsmiləri ölkəmizə gələrək “ASAN xidmət”lərin fəaliyyəti ilə yaxından tanış olurlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunması, Azərbaycanın haqq səsinin Avropa ictimaiyyətinə daha dolğun çatdırılması ölkəmizin bu nüfuzlu qurumun ali orqanına rəhbərliyi dövründə əldə edilmiş uğurlardır. 2014-cü ilin iyununda ATƏT Parlament Assambleyasının Bakıda keçirilmiş sessiyasında qəbul olunmuş Bəyannamədə ölkələrin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi bir daha vurğulanmışdır.

Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi beynəlxalq aləmdə böyük nüfuz və hörmət qazanıb. 2012-ci ildə Azərbaycan Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olmuşdur. 2011-ci ildə seçkilərdə 155 dövlətin dəstəyini qazanmış ölkəmiz iki il müddətinə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş və iki ay həmin ali quruma sədrlik etmişdir. Azərbaycan 2015-ci ildə Türkiyədə keçiriləcək “Böyük iyirmilik” sammitinə də dəvət almışdır.

İlham Əliyev deyib ki, Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilir. Qarşıdan gələn dövrdə biz düşünülmüş xarici siyasət kursumuzu davam etdirəcəyik, Azərbaycanın suveren hüquqlarının, milli maraqlarının təmin edilməsi, ölkənin ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həlli, bütün regionumuz, Avropa üçün mühüm əhəmiyyət kəsb edən nəhəng transmilli enerji layihələrinin davam etdirilməsi və digər əhəmiyyətli məsələlər qarşıdan gələn dövrdə də diqqət mərkəzində olacaqdır.






22 May, 2015  19:49 Baxılıb: 980 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42

sagbanner