Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Elnur: “Ebru Gündeşdən xahiş edəcəm ki…”

Bu il 60-cı “Eurovision” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Elnur Hüseynov “Hürriyət”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, “O səs Türkiyə” birincisi olan müğənni müsabiqədən və gələcək planlarından danışıb.

- “O s
əs Türkiyə”də birinci olduqdan dərhal sonra “Eurovision”da Azərbaycanı təmsil etmək üçün sənə təklif gəldi. Nə hiss etdin?

- Doğrudan, hər şey çox sürətlə baş verdi. Bir yarışmadan təzə çıxmışdım və başqa bir yeni müsabiqəyə qatılmağım istənilirdi. Hər iki layihə elə də kiçik iş deyil. Bu səbəbdən, çox həyəcanlandım.

- 2008-ci ild
ə də ölkəni təmsil etmişdin və 8-ci olmuşdun. Səncə, Türkiyədəki uğuruna görə “Elnur bir də bizi təmsil etsin” dedilər?

- Bəlkə də. “O səs Türkiyə”dəki performansım və aldığım dərəcədən təsirlənmiş ola bilərlər.

- Rusiyadakı “The Voice”un yerin
ə “O səs Türkiyə”ni niyə seçdin?

- Amsterdamda oxuyanda dostlarım m
ənim adımdan Rusiyadakı müsabiqəyə video göndəriblər. Amma orada yarışmaq istəmirdim.

- Problem rus dili idi? - Xeyr, dili bilir
əm. Əlbəttə ki, rusca da mahnı oxumağı bacarıram. Türkiyəni daha çox istədim. Türkiyə bizim qanımızdır, iki dövlət bir millətik.

- Rusiyada qalib g
əlməyin də karyeran baxımından yaxşı olmazdı?

- B
əlkə də. Amma ən əsası, insanlarla aranızdakı hissdir. Mənə də Türkiyə doğma gəldi.

- Bu hiss qarşılıqsız deyil. Türk xalqının da gözü, qulağı s
əndədir. Küçədəki vətəndaşa mikrofonu uzadanda elə bil bizi təmsil edirmişsən kimi “Elnur, qalib gəl” deyirlər. Bu qədər diqqət səni bezdirmir ki?

-
Əksinə, qürur duyuram. Promo turda olarkən Stokholmda bir marketə girdim. Aldıqlarımın pulunu vermək istəyəndə “Elnur, necəsən? Səndən heç pul götürərik?” dedilər. Çox duyğulandım. Hər şeydən, əvvəl heç bir yerdə tək olmadığımı hiss edirəm.

- S
əsvermə ilə bağlı nə düşünürsən? “Hour of the Wolf” mahnın xaricdə yaşayan türklərin xoşuna gələcək?

- Mahnımı b
əyənən, mənim qalib gəlməyimi istəyənlər səs verəcəklər. Amma mən xüsusi olaraq kimdənsə səs istəyə bilmərəm. Mənim üçün daha önəmlisi tamaşaçıların işimi sevib bəyənmələridir. Səhnədə o hissi yaşatmaq, “nə qəşəng oxudu” dedirtmək bəsimdir. Ümid edirəm, bunu bacaracam.

- “Eurovision” h
ər hansı bir konsert deyil, böyük müsabiqədir. Gecələr yata bilirsən?

- Hərdən olur, yata bilmirəm. Gərgin qrafikdən başım şişib. Bir az da sakit vaxt keçirmək istəyirəm. Amma bir də gördün qalib oldum. Nəticələr elan ediləndə səhnədə özümdən gedə bilərəm.

- S
əni bu qədər yoran nədir?

- Promo tura çıxdıq, ölk
ə-ölkə gəzdik, bir çox insanla tanış olub danışdıq. Bu müddət ərzində tək qalmaq mümkün deyildi. Bu, məni çox yordu. Amma bu yolu, hər necə olsa da, keçməliyəm.

- Qalib g
əlsən nə olacaq?

- Bütün xəyallarımı, istəklərimi həyata keçirəcəm.

- Yarışmadan sonra İstanbula g
əlib albom çıxaracağını eşitdim...

- Düzdür. Özü d
ə bir yox, iki dənə. Biri Avropada yayımlanması üçün xarici mahnılardan, digəri türk bəstələrindən ibarət olacaq.

- Türkc
ə necə danışırsan?

- Getdikcə yaxşılaşır. Bir il əvvəl türk dilini bilmirdim. Türkcəni “Möhtəşəm yüz il” serialı ilə öyrəndim.

- Neç
ə dil bilirsən?

- Az
ərbaycan, türk, ingilis, rus, bir az da polyak. Türk xalq mahnılarını da oxumağı çox istəyirəm. Ebru Gündeşdən bu işin texniki tərəfini mənə öyrətməsini xahiş edəcəm. (Axşam.az)






21 May, 2015  19:30 Baxılıb: 1306 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner